Şəfqət və mərhəmət duyğularının təntənəsi
Qafqaz Universitetində milli-mənəvi
həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsi olan
müqəddəs Qurban bayramı qeyd edildi.
H.Z.Tağıyev Tələbə Yardım dərnəyi
üzvləri bir ay əvvəl bu münasibətlə
keçirilən aksiyada əldə etdikləri
vəsaiti ehtiyacı olan insanlara ünvanlamışdı. Dərnəyin təşkilatçılığı və
iştirakı ilə keçirilən mərasim daha təntənəli idi. İnsanları mərhəmətə,
ziyarətə, bərabərliyə səsləyən bu mərasimə sənət adamlarının da qoşulması
bayramı daha da möhtəşəm etdi.
Roza Zərgərli, Fəridə Məlikova, Bahar
Lətifqızı, Xatun Əliyeva, Samirə Əliyeva, Samirə Allahverdi, Natavan Həbibi,
Oya Ergün, Fidan Süleymanova, Ülviyyə Rəhimova və Twins Qrupunun qatıldığı
mərasimdə Azərbaycanın ərazi bütövlüyü və Qarabağ müharibəsində şəhid olanların
ruhuna dualar oxundu, qurbanlar kəsildi. Qurban ətlərinin doğranmasında və
qablaşdırılmasında klub üzvləri ilə bərabər çalışan sənətçilər xeyirxah
işlərdən zövq aldıqlarını etiraf etdilər.
Qurban bayramı sevgi və paylaşmaq kimi
mənəvi dəyərləri özündə birləşdirir. Kəsilən qurban ətləri paketlənərək Qarabağ
müharibəsi əlillərinə, şəhid ailələrinə, müharibə veteranlarına, kimsəsizlərə,
tənhalara, uşaq evlərinə paylandı. Universitetin “Oğuz” klubunun üzvləri hərbi
hissədə əsgərləri ziyarət edərək onlar üçün bayram süfrəsi açdı, qurban ətindən bişirilmiş yeməklər verildi.
Kiçik yaşlı uşaqlar üçün hazırlanan proqramda qayğısız şənlənən uşaqlar ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini
yaşadı, çadırlarda kəsim və yardıma tələsən hər kəs Tanrıya yaxınlığın,
xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirdi.
Qafqaz Universitetində milli-mənəvi
həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsi olan
müqəddəs Qurban bayramı qeyd edildi. H.Z.Tağıyev Tələbə Yardım dərnəyi üzvləri
bir ay əvvəl bu münasibətlə keçirilən
aksiyada əldə etdikləri vəsaiti ehtiyacı
olan insanlara ünvanlamışdı. Dərnəyin təşkilatçılığı və iştirakı ilə keçirilən
mərasim daha təntənəli idi. İnsanları mərhəmətə, ziyarətə, bərabərliyə səsləyən
bu mərasimə sənət adamlarının da qoşulması bayramı daha da möhtəşəm etdi. Roza
Zərgərli, Fəridə Məlikova, Bahar Lətifqızı, Xatun Əliyeva, Samirə Əliyeva,
Samirə Allahverdi, Natavan Həbibi, Oya Ergün, Fidan Süleymanova, Ülviyyə
Rəhimova və Twins Qrupunun qatıldığı mərasimdə Azərbaycanın ərazi bütövlüyü və
Qarabağ müharibəsində şəhid olanların ruhuna dualar oxundu, qurbanlar kəsildi.
Qurban ətlərinin doğranmasında və qablaşdırılmasında klub üzvləri ilə bərabər
çalışan sənətçilər xeyirxah işlərdən zövq aldıqlarını etiraf etdilər.