Bakıda “Təhsilimizin ulduzları” adlı tədbir keçiriləcəkdir
Bakı, 18 oktyabr (AzərTAc). Oktyabrın 20-də Qafqaz Universitetində 
ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi, Prezident 
İlham Əliyevin Azərbaycana rəhbərliyinin 10-cu ildönümünə həsr edilmiş, 
həmçinin 2012-2013-cü dərs ilinin başlanması ilə əlaqədar “Təhsilimizin 
ulduzları” adlı tədbir keçiriləcəkdir.
Tədbirdə Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının 2012-ci il məzunlarının ali məktəblərə qəbulu ilə bağlı məlumatlar veriləcək, uğur qazanan məzunlar, müvafiq liseylərin təhsildə fərqlənən şagirdləri, Qafqaz Universitetinin tələbələri mükafatlandırılacaqlar.