Oktyabrın 11-13-də “Türk Xalqları Uşaq Ədəbiyyatı” adlı beynəlxalq konqres keçiriləcək.

11-13
 oktyabr 2012-ci il tarıxındə  Qafqaz Universitetində 2008-ci ildə 
keçirdiyi “Türk Xalqları Uşaq Ədəbiyyatı” adlı beynəlxalq konqresin 
ikincisi təşkil olunacaq.
Bu 
konqres Azərbaycan Respublikası Təhsil Nazirliyi, Çağ Öyrətim 
İşlətmələri Qafqaz Universiteti, Azərbaycan Yazıçılar Birliyi, Türkiyə 
Yazarlar Birliğinin həmsədrliyi ilə təşkil olunmuşdur.
2008-ci 
ildə təşkil olunmuş konqresdə 8 ayrı ölkədən 58 Universitetin elm 
adamları, uşaq ədəbiyyatı yazıçıları, şairləri, uşaq jurnallarının 
redaktorları, müxtəlif nəşriyyat evlərinin rəhbərləri iştirak 
etmişdilər. Konqres ərəfəsində uşaq ədəbiyyatı şair və yazıçıları bəzi 
məktəbləri ziyarət edərək şagirdlərlə görüşmüşlər. Eyni zamanda müxtəlif
 ölkələrdən gələn elm adamları yerli televiziya kanallarında çıxış 
edərək bu konqresin əhəmiyyətindən bəhs etmişlər. Konqresin materiallar 
kitabının birincisi dərc olunaraq  konqresdən əvvəl iştirakçılara 
verilmişdir. 
I Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresinin yekun bəyanatında qeyd olunduğu kimi bu konqresin əsas məqsədi: 
- Milli, mənəvi, mədəni dəyərlər və millətlərin gələcəyi baxımından həyatın bütün mərhələlərində böyük əhəmiyyət kəsb edən uşaqların təlimində və xarakterlərinin formalaşmasında əvəzsiz rol oynayan Uşaq ədəbiyyatına diqqəti cəlb etmək;
 
- Mövzu ilə əlaqədar Türk xalqlarının klassik və çağdaş əsərlərini tanıtmaq;
 
- Türk xalqları arasında bu günə qədər görülmüş işlərin təbliğinə, inkişafına, ortaq bir müstəviyə daşınmasına nail olmaq;
 
- Bu sahədə müştərək cəhətləri müəyyənləşdirmək;
 
- Yazılmış yeni əsərlər və onların müəlliflərinin tanıdılmasına səy göstərmək, yazıçı və şairləri türk toplumlarının ortaq dəyərlərini əks etdirən əsərlər qələmə almağa təşviq etmək;
 
- Uşaqlar üçün əsərlər yazmağın çətin və məsuliyyətli bir iş olduğunu təlqin etmək, bu önəmli vəzifə üçün müvafiq təşkilatları səfərbər olmağa dəvət etmək;
 
- Bundan başqa 2008-ci ildə keçirilmiş konqresin nəticələrini təhlil edərək yeni vəzifə və hədəflər müəyyənləşdirməkdir.
 
Konqresdə
 9 ayrı ölkələrin nümayəndələri - alimlər, şairlər, yazıçılar və  uşaq 
jurnallarının redaktorları, eyni zamanda 27 Universitetdən elm adamları 
iştirak edəcəklər.
Konqesin
 ilk günü açılış tədbirində Universitetin Rektoru Prof.Ahmet Saniç, 
Azərbaycan Respublikasının Təhsil Naziri Prof.Misir Mərdanov, Azərbaycan
 Yazıçılar Birliyinin Sədri şair Anar, Türkiyə Respublikasının 
Azərbaycandakı Səfirliyinin nümayəndəsi və qonaqlar çıxış edəcək, 
Konqresnin Qızıl Sponsorları- Azərbaycan Amerika Alyans və Azərsun 
Holdinq şirkətinə, gümüş sponsorları-Türk İşbirliği ve Koordinasyon 
Ajansı Başkanlığına, Ulduz Şokolad fabrikinə, Kaynak kültür yayın 
qrubuna və Baksellə plaketlər təqdim olunacaq. Daha sonra Türk Dili və 
Ədəbiyyatı Kafedrasının müdiri Prof.Ömer Okumuş bəyin rəhbərliyi ilə 
Plenar iclas keçiriləcək. Plenar iclasda  Prof. Dr. Qara Namazov,  uşaq 
ədəbiyyatı yazıçısı Bestami Yazgan çıxış edəcək. Daha sonra Firiddun Bəy
 Köçərli adına Uşaq Kitabxanasnın üzvü olan uşaqların çıxışı olacaq. 
Açılış tədbirindən sonra Konqres Bölmə iclasları ilə davam edəcək.
Konqresin
 ikinci günü Bölmə iclaslarında müxtəlif elm adamlarının məqalələri, 
fikirləri dinləniləcək. Günün sonunda isə Yekun iclası keçirilərək.
Konqresin
 üçüncü günü Asiya ölkələrindən və Türkiyədən gələn elm adamlarına Bakı 
şəhəri gəzdiriləcək, tarixi məkanlarla tanışlıq olacaq.