Tempus UNIMIG layihəsinin növbəti görüşü
 
                    
Oktyabr ayının 24-28 tarixləri arasında Qafqaz 
Universitetinin 7 nəfərdən ibarət heyəti Tempus UNIMIG  “Miqrasiya 
sahəsində ali təhsil müəsissələrində potensialın inkişaf etdirilməsi” 
layihəsi çərçivəsində Tbilisi Dövlət Universitetini ziyarət etmişdir. 
Ziyarətin məqsədi Qafqaz Universitetində “Miqrasiya üzrə magistr 
dərəcəsi” təhsilinin başladılması üçün növbəti “Tədris planının inkişafı
 (Curriculum Development)” üzrə təlim almaq idi. Təlim proqramında 
Oldenburg Universiteti (Almaniya), Alikante Universiteti (İspaniya) və 
Qratz Universitetinin (Avstriya) nümayəndələri, Beynəlxalq Miqrasiya 
Təşkilatının müxtəlif ölkələr üzrə ekspertləri, Tbilis Dövlət 
Universitetinin heyəti və s. iştirak etmişdirlər.  Artıq ikinci ilinə 
qədəm qoyan Tempus UNIMIG layihəsi Azərbaycanda və regionda miqrasiya 
problemlərinin vurğulanması, miqrasiya üzrə ali təhsil dərəcəsinin 
başladılması, Miqrasiya Mərkəzinin qurulması, uyğun akademik ədəbiyyatın
 toplanılması və bu sahədə insan qaynaqlarının yetişdirilməsi 
mövzularında öz töhfəsini verir. Keçirilən görüşdə miqrasiya mövzusu 
üzərində başladılacaq tədris planının iqtisadi və sosial ölçüləri 
müzakirə edildikdən sonra Azərbaycanda mövcud miqrasiya yönümlü 
problemlərin həlli üçün uyğun tədris strategiyasının seçilməsi müzakirə 
edilmişdir.