Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində “Ağıllı lövhə”nin tətbiqi ilə bağlı tədbir keçirilib
Oktyabrın 4-də  Şəki Azərbaycan-Türkiyə 
Özəl Liseyində Şəki Şəhər İcra Hakimiyyəti  Başçısının müavini, 
İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə xanım 
Cavadovanın və mərkəzi ofisi Şəkidə yerləşən “Kanal S” regional 
kanalının əməkdaşlarının iştirakı ilə yeni təhsil texnologiyalarından 
“Ağıllı Löhvə”nin və elektron məktəb sisteminin təqdimat mərasimi 
keçirildi. 
Tədbirdə çıxış edən Şəki ATÖL-nin müdiri Ömer Faruk İmat 
əvvəlcə liseydə tətbiq olunan yeni təhsil texnologiyaları, xüsusilə də 
“Ağıllı löhvə” və onun əhəmiyyəti haqqında ətraflı məlumat verib. O 
bildirdi ki, bu ildən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını 
daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadə 
edilməsinə başlanılmışdır. 14 ədəd elektron lövhə alınaraq sinif 
otaqlarında quraşdırılmışdır.
Zərinə xanım Cavadova Şəki Özəl Türk 
Liseyinin sinif otaqları ilə, dərs prosesi ilə, liseydə şagirdlərə 
göstərilən kommunal, iaşə xidmətləri ilə, xüsusi ilə yataqxana binası 
ilə tanış oldu. Liseyin müdiri Ömer Faruk İmat,  qonağa liseyin təlim və
 tərbiyyə metodları ilə bağlı geniş məlumat verərək, şagirdlərin 
respublika və beynəlxalq olimpiadalarda qazandıqları uğurlardan danışdı.
Liseydə şagirdlər üçün təşkil olunmuş 
şəraitdən və dərs prosesindən çox razı qaldığını bildirən Zərinə xanım 
liseyin bütün kollektivinə öz dərin təşəkkürünü bildirib, yeni dərs 
ilində onlara uğurlar diləyib. Qonaq sonda  liseyin xatirə dəftərinə öz 
ürək sözlərini yazdı. 
