Bizə qoşulun- Xəyalları reallığa çevirin!

Qafqaz
 universitetinin tələbəsi adını qazanan tələbələri Universitetin sosial 
həyatı, onun mədəni fəallığı ilə tanış etmək məqsədilə  Mədəniyyət və 
İdman İdarəsi tərəfindən tanıtım mərasimi keçirildi.  
Mədəniyyət 
şöbəsinin müdiri dr. Zəminə Axundova gənc nəslin təlim-tərbiyəsində, elm
 və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına 
örnək  olan Qafqaz Universitetinin uğurlarının məhz  tələbələrin 
mənəvi-əxlaqi fəallığı nəticəsində qazanıldığını diqqətə çatdırdı: 
“Universitetimizdə tələbələrin sosial-ictimai, mədəni, fiziki, elmi, 
araşdırma, tarix və  incəsənət təmayüllü maraqlarını qarşılamaq üçün 18 
 klub və 4 özfəaliyyət dərnəyi fəaliyyət göstərir. Bu klublar maraq 
sahələri üzrə il boyu gərgin fəaliyyət göstərirlər. Elə bunun təbii 
nəticəsidir ki, bu klublara üzv olan tələbələrimiz hərtərəfli inkişaf 
edir və özlərini iş həyatına hazırlayırlar.  Yeni tədris ili bir də ona 
görə əlamətdardır ki, biz, bu ildən etibarən “İlin klubu” və “İlin klub 
məsləhətçisi” nominasiyasına start vermiş və ötən tədris ilinin ən fəal 
klubu mükafatına “Oguz klubu”, “İlin klub məsləhətçisi” mükafatına 
biznesin idarəedilməsi fakültəsinin baş müəllimi Dr. Rasim Abutalıbov 
layiq görülmüşlər”.
Mərasimdə
 özfəaliyyət dərnəkləri və maraq klublarının son beş ildəki fəaliyyətinə
 həsr olunan arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş 
olundu. Dərnək, klub və kursların fəaliyyəti ilə daha yaxından tanış 
olmaq üçün sosial fəaliyyətdə daha fəal olan tələbələrin çıxışları 
dinlənildi.
Özfəaliyyət
 kollektivlərinin hazırladığı konsertlə davam edən tanıtım mərasimi daha
 yaxşı dünya qurmaq  və xəyallarını reallaşdırmaq arzusuyla üzvülük 
ankeklərini dolduran tələbələrin alqışları ilə yekunlaşdı.