Ağdaş Özəl Türk Liseyində elektron lövhələrin təqdimatı olub.



“Ağıllı” lövhələr müasir biliklərə yiyələnməkdə vacib vasitədir.

  Mərasimdə Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri Lütvi Paşayev, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qalib Həsənov, həmçinin Ağdaş və ətraf rayonların təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları da iştirak ediblər. Tədbirdə liseyin müdiri Ramazan Tomay rəhbərlik etdiyi təhsil ocağının maddi-texniki bazasının möhkəmlənməsinə dair görülən işlər haqqında ətraflı məlumat verib. O, bildirib ki, “Çağ”ın bütün məktəbləri, o cümlədən Ağdaş Özəl Türk Liseyi tədris prosesində informasiya texnologiyaları vasitələrindən geniş istifadə edir. Bütün fənn otaqları, laboratoriyalar ən müasir elektron cihazlarla təchiz olunub. R.Tomay bu dərs ilindən başlayaraq, şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verən 15 interaktiv elektron lövhənin istifadəsinə başladıqlarını da qeyd edib. Onun sözlərinə görə, bu elekton lövhələr şagirdlərin müasir biliklərə tam yiyələnmələri üçün çox vacib vasitədir. Tədbirdə qonaqlara elektron lövhələr üzərində praktik olaraq müxtəlif fənlərin dərs nümunələri də nümayiş olunub. 
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=45441

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF