“Qafqaz”da türk xalqları uşaq ədəbiyyatının problemləri müzakirə olunur
Son illər Qafqaz Universitetində müxtəlif sahələrə aid, o
cümlədən türk xalqlarının həyatı, tarixi, mədəniyyəti, mənəvi birliyi
ilə bağlı xeyli yaddaqalan tədbirlər həyata keçirilir. Belə tədbirlərdən
biri bu gün öz işinə başlayan (oktyabrın 11-dən 13-dək ) II Beynəlxalq
Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresidir.
Daha sonra Türk dili və ədəbiyyatı kafedrasının müdiri, professor Ömer Okumuşun rəhbərliyi ilə plenar iclas keçiriləcək. Plenar iclasda professor Qara Namazov, uşaq şairi Bestami Yazgan məruzə edəcəklər. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının üzvü olan uşaqların çıxışı olacaq. Açılış tədbirindən sonra konqres bölmə iclasları ilə davam edəcək. Konqresin ikinci günü bölmə iclaslarında müxtəlif elm adamlarının məqalələri, fikirləri dinləniləcək. Günün sonunda isə yekun iclası keçirilərək. Məlumat üçün deyək ki, konqresdə yüzə yaxın məruzə dinləniləcək. Məruzəçilərin adları arasında qələm yoldaşımız - “Zaman-Azərbaycan” qəzetinin redaktor müavini, “Tumurcuq” qəzetinin redaktoru Səməd Məlikzadənin də adı var. O,“Yeni nəslin yetişməsində “Tumurcuq” qəzetinin rolu” mövzusunda məruzə edəcək.
Konqresin üçüncü günü Asiya ölkələrindən və Türkiyədən gələn elm adamları Bakı şəhərinin tarixi məkanları ilə tanış olacaqlar. Qeyd edək ki, tədbirin təşkilatçıları Təhsil Nazirliyi, Qafqaz Universiteti, Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Yazarlar Birliyidir.
Muharrem Kaplan bu konqresin əsas məqsədini isə bu sözlərlə xarakterizə etdi: “Konqresin əsas məqsədi milli-mənəvi, dəyərlər və millətlərin gələcəyi baxımından həyatın bütün mərhələlərində böyük əhəmiyyət kəsb edən uşaqların təlimində və xarakterlərinin formalaşmasında əvəzsiz rol oynayan uşaq ədəbiyyatına diqqəti cəlb etməkdir. Həmçinin türk xalqlarının klassik və çağdaş əsərlərini tanıtmaq, türk xalqları arasında bu günə qədər görülmüş işlərin təbliğinə, inkişafına, ortaq bir müstəviyə daşınmasına nail olmaq, bu sahədə müştərək cəhətləri müəyyənləşdirmək, yazılmış yeni əsərlər və onların müəlliflərinin tanıdılmasına səy göstərmək, yazıçı və şairləri türk toplumlarının ortaq dəyərlərini əks etdirən əsərlər qələmə almağa təşviq etməkdir” .
Qeyd edək ki, I Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresi 2008-ci ilin noyabr ayında Bakıda keçirilib.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=45212