Müstəqil Azərbaycanın milli sərvəti-Aşıq sənəti
Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. 
Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasının 21-ci ildönümü 
münasibətilə Qafqaz Universiteti Azərbaycan dili və ədəbiyyatı 
müəllimliyi bölümünün və Mədəniyyət şöbəsi Ədəbiyyat klubunun təşkil 
etdiyi “Müstəqil Azərbaycanın milli sərvəti-Aşıq sənəti” adlı 
ədəbi-bədii gecədə mənəvi sərvətimiz olan aşıq sənəti təkcə milli 
varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu işinin 
mühüm atributu kimi dəyərləndirirdi.
Aşıq
 sənətinin milli və bəşəri mahiyyəti haqqında çıxş edən filologiya 
elmləri doktoru, professor Məhərrəm Qasımlı  tariximizə canlı şahidlik 
edən aşıq sənətinin xalqımızın qədimliyini, zəngin keçmişini göstərməklə
 yanaşı, bu günkü müstəqilliyini də bütün dünyaya  tanıtdığını 
vurğuladı.
Azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan aşıq
 sənətinə Azərbaycanda dövlət səviyyəsində qayğıdan söhbət açan natiq 
sazı türkün ruhu, onun genlə gələn mədəni irsi olaraq təqdim etdi. 
 
Universitetin İngilis dili və Ədəbiyyatı bölümünün hazırlıq kursu 
tələbəsi gənc aşıq Nübar Etibar qızı və ədəbi-bədii 
gecənin qonaqları “Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi”nin 
təmsilçiləri, Aşıq Mehdi Məsimov,  “Əməkdar Mədəniyyət İşçisi” Ədalət 
Dəlidağ bənzərsiz ifaları ilə aşıq sənətininin bədii 
varlığımızda milli ruhu, azərbaycançılığı yaşadan sağlam kök olduğunu 
təsdiqlədilər.