Qafqaz Universitetində memorandum imzalandı

Türkiyə  Cümhuriyyətinin Ağrı şəhərində fəaliyyət göstərən Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor  İrfan Aslan  və   onun  başçılıq etdiyi nümayəndə  heyəti Azərbaycana 5 günlük səfər ediblər.

 Səfərin məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq və  memorandum  imzalamaqdır.  İlk görüş və ilk memorandum  Qafqaz Universitetində  imzalanıb. Qafqaz Universitetin Tempus otağında   keçirilən görüşdə  Qafqaz Universitetinin  rektoru  professor  Ahmet Saniç Azərbaycanla Türkiyə  arasında olan birlik və bərabərlikdən  bəhs  edərək  Ulu  öndər H.Əliyevin kəlamını xatırlatmışdır,  Biz  "Bir millət, iki dövlətik!" və bu yolda da uğurla  addımlayırıq.

Rektor Ahmet Saniç Universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verdi. Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. İmzalanan sənəddə universitetlər arasında  tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapmışdır.

Qafqaz Universitetinin  mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF