ABŞ-ın ölkəmizdəki səfiri ilə Qafqaz Universitetində görüş keçirilib
Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib.
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin Gün.Az-a verdiyi məlumata görə, görüşdə Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonağı ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.
Rektor Amerikanın elmin mərkəzi sayılan bir dövlət olduğunu və bu ölkə ilə təhsil sahəsində əməkdaşlığın, qazanılan təcrübənin vacibliyini, əhəmiyyətini xüsusi vurğulayıb.
A.Şaniç R.Morninqstarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
R.Morninqstar bildirib ki, daha öncədən Azərbaycana qısamüddətli səfərləri çox olub və ölkəmizi çox bəyənir.
Sonra səfir Qafqaz Universitetində tələbələr üçün yaradılmış şəraitlə, təhsilin keyfiyyəti ilə həmçinin tələbələrin istifadəsinə verilmiş laboratoriyalarla yaxından tanış olub və universitetin təhsil imkanlarından razı qaldığını bildirib.
Səfir tələbə-müəllim mübadiləsində təhsil proqramlarının daha da genişlənməsinin əhəmiyyətli olduğunu qeyd edib, Amerika-Azərbaycan arasında təhsil sahəsində qurulmuş əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.
Səfir tələbələri maraqlandıran suallara da cavab verib.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru A.Saniç R.Morninqstara xatirə plaketi təqdim edib.
Mirvari Kamilqızı
Gün.Az