BP Xəzər Qafqaz Universitetində karyera təqdimatı keçirdi FOTOLAR
 
                    
Oktyabr ayının 30-da BP Xəzər şirkəti Qafqaz 
Universiteti tələbələri ilə növbəti görüşü keçirmişdir. Görüşün əsas 
məqsədi BP Xəzərdə karyera imkanları, təcrübə proqramları və yay məktəbi
 mövzularında məlumatlandırma xarakteri daşıyırdı. Tədbir Karyera 
Planlama Mərkəzinin müdiri İsa Qasımovun açılış sözləri ilə başladı. 
Görüşdə BP Xəzərin hədəf qrupu olan müxtəlif ixtisaslardan 300-ə yaxın 
tələbə iştirak etmişdir. Keçirilən tədbirdə BP Xəzəri Məzunların İşə 
Qəbulu və Neft-Qaz Mütəxəssislərinin Qəbulu Proqramı üzrə Rəhbəri, 
Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı rəhbəri, İşə 
Qəbul və Marketin üzrə Koordinatoru, Universitətlərlə Əlaqə və Təqaüd 
üzrə məsləhətçisi, İşə Qəbul üzrə məsləhətçisi, İnsan Qaynaqları üzrə 
məsləhətçisi, və bir çox mühəndis mütəxəssislərdən ibarət 13 nəfərlik 
heyət təmsil edirdi. Təqdimatdan sonra BP heyəti tələbələrlə üzbəüz 
görüşərək tələbələrin suallarını cavablandırdılar.