870 yaşı Qafqazda qeyd olundu




Qafqaz Universitetində böyük şərq mütəffəkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, universitetin tələbə və professor-müəllim heyəti, eyni zamanda, dəvətolunmuş qonaqlar bu tədbirdə iştirak edibər.
Tədbirdə Nizami Gəncəvinin böyüklüyü, onun ideya-estetik zövqü, şərq ədəbiyyatında mövqeyi və s. barədə çıxışlar edilib. Açılış sözü ilə çıxış edən Qafqaz Universitetinin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsinin müdiri prof. Akif Hüseynli Nizami Gəncəvi yaradıcılığından geniş söz açaraq tələbələrə məlumat verib. Professor Akif Hüseynli bildirdi ki, Nizami Gəncəvi tək Azərbaycanın deyil, o eyni zamanda dünya şairidir.
 
Daha sonra isə söz məruzəçilərə verilib. Çıxış edənlər sırasında AMEA-nın aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil, Qafqaz Universitetinin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsinin II kurs magistr tələbəsi Aygün Əliyeva Nizami irsinin müxtəlif istiqamətlərində fikirlər söyləyiblər.
 
Sonda natiqlər tələbələri maraqlandıran sualları cavablandırıblar.
Könül Kamilqızı

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF