ABŞ səfiri Qafqaz Universitetində olub ABŞ səfiri Qafqaz Universitetində olub
Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş
 səfiri Riçard Morninqstar ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə 
Qafqaz Universitetinin rektoru Ahmet Saniç açaraq qonağı bu ali təhsil 
ocağında görməkdən məmnunluğunu ifadə edib. Rektor çıxışında R. 
Morninqstarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə 
ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsinə töhvə 
verəcəyinə ümidvar olduğunu bildirib.
  Tədbirdə ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstar çıxış 
edərək bildirib ki, Azərbaycanı çox bəyənir. O, Qafqaz Universitetindəki
 təhsil imkanlarından razı qaldığını bildirib.  
Elməddin
http://ucnoqta.az/ana_sehife/58354.html
