Qafqaz Universitetində “Təhsilimizin ulduzları” adlı tədbir keçirilib

Oktyabrın 20-də Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr edilmiş “Təhsilimizin ulduzları” adlı tədbir keçirilib.

Tədbir “Çağ” Öyrətim İşlətmələri Şirkəti (GÖİŞ) və Qafqaz Universiteti tərəfindən təşkil olunub. Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Müvafiq qurumların nümayəndələrinin, Milli Məclisin deputatlarının, alimlərin, təhsil işçilərinin, şagird və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, müdrik şəxsiyyətin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Professor Ə.Saniç Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri böyük diqqət və qayğıdan danışmışdır. Rektor dövlətimizin başçısının “Qara qızılı insan kapitalına çevirmək” kəlamını xatırlatmışdır.
Təhsil naziri Misir Mərdanov dahi rəhbər Heydər Əliyevin təhsilin inkişafına xüsusi əhəmiyyət verdiyini, ümummilli liderin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirmişdir.
Azərbaycan-Türkiyə birliyini vurğulayan nazir ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmışdır. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin, onun təhsil müəssisələrinin, o cümlədən Qafqaz Universitetinin fəaliyyəti barədə müsbət fikirlər söyləyən M.Mərdanov müəllim və şagirdlərə, tələbələrə təhsildə yeni nailiyyətlər arzulamışdır.
Müasir dünyada təhsilin mühüm rolunu, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə böyük diqqət göstərdiyini bildirən Türkiyənin Bakıdakı səfiri İsmail Alper Coşkun ölkələrimiz arasındakı təhsil əlaqələrinin əhəmiyyətindən bəhs etmişdir.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən ÇÖİŞ-in təhsil müəssisələrində müvafiq sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışmışdır.
Qeyd edilmişdir ki, ÇÖİŞ-in təhsil müəssisələrinin şagirdləri ayrı-ayrı ölkələrdə keçirilən beynəlxalq fənn olimpiadalarında yüksək nəticələr əldə etmişlər. 1994-cü ildən indiyədək liseylərin şagirdləri 95 qızıl, 154 gümüş və 225 bürünc olmaqla cəmi 474 medal qazanmışlar. Respublika fənn olimpiadalarında isə şagirdlər 211 qızıl, 240 gümüş, 239 bürünc medala sahib olmuşlar. Məzunların 99 faizi hər il dünyanın ən müxtəlif universitetlərinə qəbul olunurlar.
Tədbirdə Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının 2012-ci il məzunlarının ali məktəblərə qəbulu ilə bağlı məlumatlar verilmiş, yüksək ballarla ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlar, təhsildə fərqlənən müvafiq liseylərin şagirdləri, Qafqaz Universitetinin tələbələri mükafatlandırılmışlar.
http://www.mia.az/news/23280.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF