DAAD Qafqazda
Oktyabr ayının 18-i
DAAD-ın (German Academic Exchange Service) Azərbaycan ofisinin direktoru
xanım Nicola Ullisch Qafqaz Universitetini ziyarət etmişdir.
Ziyarətin
məqsədi Qafqaz Universitetinin tələbələ və müəllim heyətinə Almaniyada
təqaüdlü magistratura və doktorantura təhsili və eyni zamanda akademik
heyət üçün araşdırma proqramları haqqında ətraflı məlumat vermək idi.
Əlavə olaraq tədbirə qatılmış Qafqaz Universiteti müəllim və akademik
heyətinə DAAD-ın müxtəlif proqramları vasitəsilə Almaniya təhsil
ocaqları ilə tələbələrin araşdırma məqsədli ziyarətlərinin təşkili, yay
məktəbərinin reallaşdırılması və seçilmiş akademik araşdırmalara lazımi
dəstək göstərilməsi mövzusunda ətraflı məlumat verilmişdir.