ABŞ-ın ölkəmizdəki səfiri Qafqaz Universitetində
Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açaraq qonağı bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə etdi.
Universitet haqqında qısaca məlumat verən rektor Amerikanın elmin mərkəzi sayılan bir dövlət olduğunu və bu ölkə ilə təhsil sahəsində əməkdaşlığın, qazanılan təcrübənin vacibliyini , əhəmiyyətini xüsusi vurğuladı. Rektor çıxışının sonunda R.Morninqstarın buvaxta qədər Azərbaycanla olan yaxın əlaqəsinin bundan sonra səfir olaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Tədbirdə ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstar çıxış edərək bildirdi ki, o, bu vəzifəyə təyin olunana qədər Azərbaycana qısamüddətli səfərləri çox olmuşdur. Ölkəmizin bir çox bölgələrində olan səfir R.Morninqstar Azərbaycanı çox bəyəndiyini bildirərək dövlətimiz haqqında xoş fikirlərini söylədi.Qeyd edək ki, ABŞ-ın ölkəmizdəki səfiri Qafqaz Universitetində tələbələr üçün yaradılmış şəraitlə, təhsilin keyfiyyəti ilə həmçinin tələbələrin istifadəsinə verilmiş laboratoriyalarla yaxından tanış oldu. O, buradakı təhsil imkanlarından razı qaldığını bildirdi. Həmçinin tələbə-müəllim mübadiləsində təhsil proqramlarının daha da genişlənməsinin əhəmiyyətli olduğunu qeyd etdi. Səfir Amerika- Azərbaycan arasında təhsil sahəsində qurulmuş əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğuladı.
Səfir R.Morninqstar çıxışının sonunda tələbələri maraqlandıran suallara cavab verdi.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstara xatirə plaketini təqdim etdi.