Təhsilə diqqət və qayğı göstərilir
Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai – Siyasi və Humanitar
Məsələlər Şöbəsinin müdiri Ramiz Əliyev Mingəçevir Özəl Türk Liseyinin
müdiri Həsən Həsənovu qəbul edib. Qəbul zamanı Həsən Həsənov ötən tədris
ilində təhsildə əldə etdikləri nailiyyətləti, uğurları və liseydə
tətbiq olunan yeni təhsil texnologiyaları barədə ətraflı məlumat verib.
Yeni tədris ilində bu nailiyyətlərin daha da yüksəldilməsi üçün lazımi
şəraitin hazırlandığını bildirib. Mingəçevir İH-nin şöbə müdiri R.
Əliyev şəhərdə təhsilə göstərilən diqqət və qayğıdan, bu sahənin daha da
inkişaf etdirilməsi üçün görülən işlərdən danışıb. Şəhərdəki tədris
müəssisələri arasında özünə məxsus yeri olan Mingəçevir Özəl Türk
Liseyinin təhsildə əldə etdiyi uğurlardan və burada tətbiq olunan yeni
təhsil texnologiyalarından məmnun olduğunu bildirib. Bu inkişafın
davamlı olmasını arzulayıb. Liseyin kollektivinə yeni tədris ilində
uğurlar diləyib.
Görüşün sonunda Mingəçevir Özəl Türk Liseyinin müdiri Həsən Həsənov
Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai – Siyasi və Humanitar
Məsələlər Şöbəsinin müdiri Ramiz Əliyevə xatirə hədiyyəsi təqdim edib.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/664-thsil-diqqt-v-qayg-goestrilirdsd.html