Qafqaz Universitetinin tələbələri birinci yerə layiq görüldü

“BP Caspian LTD” 
şirkəti hər il olduğu kimi bu il də Oktyabr ayının 12-də “BP 
Azərbaycanda Davamlı İnkişaf Haqqında Hesabat” – ı ictimaiyyətə təqdim 
etdi. Hesabatda şirkətin 2011-ci ildəki xidməti və xüsusilə ətraf-mühit 
və cəmiyyətə qayğını əhatə edən sosial fəaliyyətləri, icra göstəriciləri
 və s. öz əksini tapmışdır.
Bu il artıq ikinci dəfədir ki, Qafqaz 
universiteti də daxil olmaqla Azərbaycanın 6 universitetinin tələbələri 
hesabat haqqında rəy sorğusu görüşündə birgə iştirak etdilər. Görüşdəki 
digər universitetlər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft 
Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan 
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və 
Xəzər Universiteti idi. Tədbirdə hər bir universiteti həmin 
universitetin tələbələrindən ibarət 5-7 nəfərlik komandalar təmsil 
edirdilər. Sözü gedən komandalar hesabat üzrə rəy, sorğu və təkliflərini
 bildirirdilər.
İnteraktiv keçən bu görüşdə təklif və 
rəylərin bildirilməsində aktiv iştiraklarına görə tələbələr 
mükafatlandırıldılar. Birinci yerə Qafqaz Universiteti komandasının üzvü
 Murad Əliyev layiq görüldü. Qaliblərə və iştirakçılara hədiyyələr 
təqdim olundu.