Türklüyün zəfər bayramı

29 oktyabr 1923-cü il  Bu  tarix Türkün 4000 illik qəhrəmanlıq salnaməsinin zirvəsidir.  Bu Türkiyənin qurtuluşu ilə yanaşı, eyni zamanda o zamana qədər artıq Sovet Rusiyasının nəzarətinə düşmüş digər türk ellərinin - Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tatarıstanın, Başqırdıstanın, Xakasiyanın, Saxanın, Qaraçayın, Qaqauz elinin tarix səhnəsində əbədi silinməsi təhlükəsinin aradan qalxması idi. Bu baxımdan da onun bütün türk ellərində bir zəfər bayramı kimi, istiqlala təməl olan bir gün kimi qeyd olunması həm  şərəf,  həm də 89 il öncə türkün ən yeni tarixinə imza atmış şəhidlərin haqqını tanımaqdır.
 Mədəniyyət şöbəsinin təşkilatçilığı ilə bu münasibətlə hazırlanan tədbirdə Vətənin istiqlaliyyəti uğrunda canlarından keçən şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Qafqaz universitetinin xor kollektivi Türkiyə Respublıkasının Dövlət Himnini canlı ifa etdikdən sonra rektor dr Ahmet Saniç gənclərı salamlayaraq 29 oktyabr İstiqlal Gününün tarixi əhəmiyyətindən danışdı. İki dövlətin qardaş ölkə olduğunu deyən natiq bu günün bütün türk dünyası üçün böyük bayram olduğunu vurğuladı: “Bizim bundan sonrakı vəzifəmiz Atatürk və Heydər Əliyevin böyük siyasi xəttini davam etdirərək iki ölkə arasında sıx əlaqələr qurmaqdır”.
Universitetin rəqs kollektivinin ifasında Türkiyə folklorunun komponentlərindən olan Halay rəqsi alqışlarla müşayiət olundu. Proqramda səslənən “Türk bayrağı” şeiri və vətənpərvərlik ruhlu mahnılar tarixi yaddaşa qürurlu bir baxış idi.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF