“AZƏRSUN HOLDINQ” “QAFQAZ” UNİVERSİTETİNİN TƏŞKİL ETDİYİ BEYNƏLXALQ KONFRANSI DƏSTƏKLƏDİ
“Azərsun Holdinq” hər zaman elmin inkişafını və bu yöndə atılan addımları dəstəkləyir. Buna görə də 11 oktyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Çağ Öyrətim İşlətmələri Qafqaz Universiteti, Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Yazarlar Birliyinin həmsədrliyi ilə Qafqaz Universitetində II beynəlxalq “Türk xalqları uşaq ədəbiyyatı” adlı beynəlxalq konfrans, şirkətlər qrupunun sponsorluğu ilə baş tutdu.
Konfransda Azərbaycan Respublikasının təhsil naziri professor Misir Mərdanov, Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və başqaları iştirak etdilər.
Açılış mərasimində edilən çıxışçılardan sonar konfransı dəstəkləyən şirkət nümayəndələrinə təşəkkür plaketləri təqdim olundu. Təqdimetmə mərasimində “Azərsun Holdinq”i təmsilən İctimaiyyətlə Əlaqəər və Sosial Xidmətlər Şöbəsinin müdiri Afiq Səfərova təşəkkür plaketini Təhsil Naziri Misir Mərdanov təqdim etdi.
Mərasimdən sonnra isə tədbir plenar iclaslarla 3 gün davam etdi.