Durmuş Yılmaz:Azərbaycan iqtisadiyyatı dünyada sürətlə inkişaf edən iqtisadi sistemlərdən biridir.
İstanbul maliyyə sammitində APA-nın
 “Azərbaycan iqtisadiyyatındakı prosesləri izləyirsinizmi?”- sualını 
Türkiyə prezidentinin iqtisadi məsələlər üzrə baş müşaviri, Mərkəzi 
Bankın keçmiş prezidenti Durmuş Yılmaz belə cavablandırıb: 
“Keçən il 
Qafqaz Universitetinin dəvəti ilə 3 gün Azərbaycanda qaldım. Ölkənizdəki
 iqtisadi gəlişmələri izləyirəm. Azərbaycan iqtisadiyyatı dünyada 
sürətlə inkişaf edən iqtisadi sistemlərdən biridir. 
Artıq bu sürətli 
inkişafı neft sektorundan qeyri-neft sektoruna yaymaq lazımdır ki, həm 
inkişaf tempi, həm iqtisadi böyümədə daimi sabitlik yaransın. Bunu 
həyata keçirmək üçün Azərbaycanın hər cür imkanı var”.
http://www.apa.az/az/news.php?id=273048
