Qafqaz Universitetində 29 Oktyabr-Türkiyə Cümhuriyyətinin 89-cu ildönümü qeyd olundu.
29 October, 2012, Qafqaz Universitetində universitetin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Cümhuriyyət gününə həsr olunmuş Bayram tədbiri keçirildi. Universitetin akt zalında Ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarizəsindən və ölkənin keçdiyi inkişaf yolundan bəhs edən video çarx nümayiş etdirildi.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilərək, Türkiyə Cumhuriyyəti İstiqlal Marşının oxunmasından sonra tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç Azərbaycan və Türkiyə Respublikalarının qardaşlıq münasibətlərindən danışaraq Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin məhz Türkiyə olduğunu vurğuladı. Sonra rektor ulu öndərin kəlamını xatırlatdı biz “Bir millət, iki dövlət” kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olduğunu qeyd etdi.
Universitetin özfəaliyyət kollektivlərinin rəngarəng repertuarı ilə davam edən, Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi olan bu tədbir “Türkiyəmiz üçün, Vətənimiz üçün” musiqisinin sədaları altında Gənc Akademiya klubu üzvlərinin Türkiyə bayrağını səhnəyə gətirməsi və Azərbaycan xalqının hər zamankı kimi qardaş Türkiyənin yanında olduğunu nümayış etdirməsi ilə yekunlaşdı.
Əfsanə KərimovaQafqaz Universiteti
Medya Klubu.
http://qu.edu.az/view_news.php?news=2639&link=224&lang=az