Bakıda II Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresi başlayıb
Qafqaz Universitetində II Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresi öz işinə başlayıb.
Gün.Az xəbər verir ki, ayın 13-ə kimi davam edəcək
konqres, 2008-ci ildə keçirilən “Türk Xalqları Uşaq Ədəbiyyatı” adlı
beynəlxalq konqresin davamıdır.
Konqresdə çıxış edən, Qafqaz Universitetinin rektoru Ahmet Saniçbildirib ki, konqresdə 2008-ci ildə keçirilmiş konqresin nəticələri təhlil olunacaq, yeni hədəflər müəyyən ediləcək:
“Konqresin keçirilməsində məqsəd milli-mənəvi dəyərlər və millətlərin gələcəyi baxımından uşaqların təlimində və xarakterlərinin formalaşmasında uşaq ədəbiyyatının əvəzsiz roluna diqqəti yönəltməkdir. Əsas məqsədlərdən biri də türk xalqlarının çağdaş və klassik əsərlərini tanıtmaq, türk xalqları arasında bu günədək görülmüş işləri təbliğ və inkişaf etdirməkdir”.
Ahmet Sanıç müvafiq təşkilatları bu önəmli işə cəlb etməyə də çağırıb.
Təhsil naziri Misir Mərdanov isə tədbirin əhəmiyyətindən danışıb. O, bu tədbirdə uşaq ədəbiyyatının inkişaf etdirilməsi üçün maraqlı diskussiyaların aparılacağına da ümid etdiyini deyib.
Yazıçılar Birliyinin sədri Anar isə deyib ki, insanların gələcəkdə necə olması onların uşaqlıqda oxuduğu kitablardan da asılı olur. Onun sözlərinə görə, hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir insan kitab oxumalıdır.
“Təəssüf ki, Bakıda kitab mağazalarının sayı azalıb. Konqres çərçivəsində təşkil olunmuş sərgidə satışa çıxarılan kitablar onlara olan marağı artıracaq. Çünki kitaba maraq uşaq yaşlarından başlayır” - Yazıçılar Birliyinin sədri əlavə edib.
Qeyd edək ki, konqres üç gün davam edəcək.
Konqresdə 9 ölkənin nümayəndələri – alimlər, şairlər, yazıçılar və uşaq jurnallarının redaktorları, eyni zamanda 27 universitetin elm adamları iştirak edir.
Konqresin ikinci günü bölmə iclaslarında müxtəlif elm adamlarının məqalələri, fikirləri dinləniləcək. Konqresin üçüncü günü isə Asiya ölkələrindən və Türkiyədən gələn elm adamları Bakı ilə tanış olacaqlar.
Mirvari Kamilqızı
Gün.Az
URL: http://www.gun.az/social/52944Konqresdə çıxış edən, Qafqaz Universitetinin rektoru Ahmet Saniçbildirib ki, konqresdə 2008-ci ildə keçirilmiş konqresin nəticələri təhlil olunacaq, yeni hədəflər müəyyən ediləcək: