ABŞ səfiri Qafqaz Universitetində olub
Atif Eyvazov/AZADİNFORM. Qafqaz  Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunan səfiri Riçard Morninqstar ilə görüş  keçirilib. Məlumatı “Azadinform”a Qafqaz Universitetinin mətbuat xidmətindən veriblər.
Görüşdə Qafqaz Universitetinin rektoru Ahmet  Saniç səfirə ali təhsil ocağı haqqında məlumat verib. Rektor elmin mərkəzi sayılan ABŞ ilə təhsil sahəsində əməkdaşlığın, təcrübə mübadiləsinin vacibliyini qeyd edib. A.Saniç səfirin fəaliyyəti dövründə Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. 
R.Morninqstar bildirib ki, səfir vəzifəsinə təyin olunana qədər Azərbaycana qısamüddətli səfərləri çox olub. Ölkəmizin bir çox bölgəsində olan səfir R.Morninqstar Azərbaycanı çox bəyəndiyini bildirib.
Görüşdən sonra Qafqaz Universitetində tələbələr üçün yaradılan şərait, təhsilin keyfiyyəti, həmçinin istifadəyə verilən laboratoriyalarla yaxından tanış olan səfir buradakı təhsil imkanlarından razı qaldığını bildirib. Həmçinin tələbə-müəllim mübadiləsində təhsil proqramlarının daha da genişlənməsinin əhəmiyyətli olduğunu qeyd edib. Səfir Amerika- Azərbaycan arasında təhsil sahəsində qurulan əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.
Sonra səfir tələbələri maraqlandıran suallara cavab verib. Sonda A.Saniç R.Morninqstara xatirə plaketini təqdim edib.