Universitetlərin inkişafında Elmi əməkdaşlıq önəmlidir.

Universitetlərin  inkişafında Elmi əməkdaşlıq önəmlidir.

 Elmi əməkdaşlığa xüsusi önəm verən Qafqaz universitetində bu sahədə yeni bir addım atılıb. Universitetin rektoru Professor Ahmet Saniçlə AMEA-nın Fəlsəfə Sosialogiya və Hüquq İnstitunun direktoru Professor İlham Məmmədzadənin şəxsində rəhbərlik etdikləri elm ocaqları arasında  5 illik əməkdaşlığa dair Memorondum imzalanıb.Memorondumun məqsədi elm və təhsil sahəsində, habelə  yüksək ixtisaslı kadr hazırlanması işində  bərabərlik və mövcud qanunvericiliyə müvafiq olaraq faydalı və səmərəli əməkdaşlıq qurmaqdır. Əməkdaşlıqdan məmnun olduğunu bildirən Qafqaz universitetinin rektoru professor Ahmet Saniç Bakı Dövlət Universitetinində bu əməkdaşlığa qoşulmasının faydalarını diqqətə çatdırıb.Memorondumda nəzərdə tutulan əməkdaşlıq çəçivəsində Qafqaz Universiteti, AMEA Fəlsəfə, Sosiologiya və hüquq İnstitutu və Türkiyənin Məlikşah Universitetinin 29 noyabr 2013-cü il tarixində Bakı şəhərində birgə  "Azərbaycan 2020: Gələcəyə baxış, inkişaf konsepsiyası kontekstində insan hüquqlarının səmərəli müdafəsi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.  Memorondumun imzalanma mərasimində AMEA-nın Fəlsəfə Sosiologiya və Hüquq İnstitunun direktor müavini professor Bəhram Zahidov, Qafqaz Universiteti prorektorları professor Cihan Bulut və professor Niftalı Qocayev, Qafqaz Universitetinin və Bakı dövlət universitetinin müəllimi Dosent Mübariz Yolçuyev və Keyfiyyəti idarəetmə şöbəsinin müdiri Qürbət Məmmədov iştirak etmişlər.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF