Erasmus Mundus HUMERIA mübadilə layihəsinin ilkin görüşü Kiyev Taras Şevçenko adına Kiev Milli Universitetində keçirildi.
Qafqaz Universitetinin tərəfdaşı olduğu Erasmus Mundus HUMERIA (www.humeria.eu) mübadilə layihəsinin ilkin görüşü 30 oktyabr-1 noyabr 2013-cü il tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində Taras Şevçenko adına Kiev Milli Universitetində keçirilmişdir. Layihənin koordinatoru Estoniyanın Tallin Universitetidir. Görüşdə layihə haqqında ətraflı məlumat verilmiş, layihənin iş prinsipləri və proseduraları haqqında seminar verilmişdir. Layihə çərçivəsində tərəfdaşlarıdan ibarət keyfiyyət, elmi və seçim komissiyaları formalaşdırılmışdır. Bundan başqa görüşdə tərəfdaş universitetlər öz təhsil proqramları və təhsil sistemləri haqqında ətraflı məlumat vermişdirlər.
Erasmus Mundus HUMERIA mübadilə layihəsində Azərbaycan, Hollandiya, İsveç, İtaliya, Cexiya, Ruminiya, Slovakiya, Moldova, Ukrayna və Belarusiya kimi ölkələrdən 18 tərəfdaş universitet iştirak etməkdədir.