İş dünyasına qədəm qoymaq istəyən gənclərə xəbər var

banner_yfm1

Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Beynəlxalq təcrübəyə əsaslanaraq QUTechnopark fomalaşdırıldı. YFM QUTechnopark-ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.
YFM QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır
QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) təşkil etdiyi  Yeni Fikir Müsabiqəsi 2014 layihəsində qalib gələn 3 komandaya pul mükafatlarıı ayırdı:
Ø  1-ci yerə 10 000 manat
Ø  2-ci yerə 5 000 manat
Ø  3-cü yerə 3 000 manat
Layihə əsasında ən yaxşı iş fikri seçiləcək ilk 5 komanda isə QUTechnopark İnkubasiya Mərkəzində 1 illik ofislə təmin olunacaqlar.
Qeyd edimki YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərlər.
Ətraflı məlumat üçün  yenifikir.az veb səhifəsindən əldə etmək olar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF