Rektorumuz Tərcümə bölümünün müəllim heyəti və son kurs tələbə heyəti ilə görüşdü
Bugün, 18 Noyabr tarixində universitetimizin rektoru Ahmet Sanıç bəy Tərcümə bölümünün müəllim və son kurs tələbə heyəti ilə görüşdü. Görüş səhər yeməyi süfrəsi arxasında davam etdi. Görüşdə Pedaqoji fakultəsinin dekanı, Erdal Karaman tərcümə bölümü haqda bir sıra məlumat verdikdən sonra bölümün rəhbəri Nərminə xanım son kurs tələbələrinə uğurlar arzuladı və gələcək kareyeralarında hər zaman sosial olmalarını istədi. Bundan sonra Ətrabə müəllimə, Natiq, Polad, Nüsrət müəllim və sonra tələbələrimiz öz istək və təşəkkürlərini bir başa rektor bəyə çatdırdılar. Sonda rektor bəy tələbələrə bir sıra məsləhətlər verdi və təhsil sahəsində uğurlar arzuladı. Görüşdə xatirə şəkilləri çəkildi