Qafqaz universitetində Türkmənistanın Azərbaycandakı səfirliyi ilə birgə Türkmənistanın müstəqilliyinin 22-ci ilinə həsr olunmuş "Türkmənistan günü" keçirilib.


Türkmənlər Azərbaycana gəlir

  Qafqaz universitetində Türkmənistanın Azərbaycandakı səfirliyi ilə birgə Türkmənistanın müstəqilliyinin 22-ci ilinə həsr olunmuş "Türkmənistan günü" keçirilib.
Universitetin mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, Türkmənistanın Azərbaycan Respublikasındakı Fövqəladə və Sələhiyyətli səfiri Toylu Komekov müstəqil və tərəfsiz Türkmənistan dövlətinin qonşuluq siyasətindən danışıb.
Səfir Qafqaz Universiteti ilə sıx əməkdaşlıqları sayəsində hər il may ayının 18-də keçirilməsi artıq ənənə halını almış "Məhdimqulu Firaqinin şer günləri" tədbirinin həm Azərbaycan, həm də Türkmənistan ictimaiyyətində maraqla qarşılanmasını qeyd edib.
Tədbirdə Azərbaycan dövlətini Mədəniyyət və Turizm Naziri Əbulfəz Qarayev təmsil edib. Nazir çıxışında ölkələrimiz arasında əlaqələr yüksək səviyyədə olmasından, TÜRKSOY-un 20-illik tədbirində qarşılıqlı mədəniyyət günləri keçirilməsi ilə əlaqəli fikir mübadiləsi aparılmasından, Türkmən xalçalarının Azərbaycanda təqdimatının təşkil edilməsinin planlaşdırlmasından və truzim şirkətləri arasında mübadilə tədbirlərinin nəzərdə tutulmasından danışıb. 
Mədəniyyət və Turizm Naziri həmçinin qeyd edib ki, hər il Türkmənistandan Azərbaycana 5000 turist gəlir, biz bu sayı artırılması üçün yollar düşünürük.
 Eləcə də, truzim şirkətləri üçün elektron viza tətbiq edildiyindən, nazir artıq viza probleminin də olmadığını vurğulayıb.
Tədbirdə Türkmənistan dövlətini təmsil edən Türkmənistan Dövlət universitetinin rektoru professor Qurdniyaz Xanmuradov da ölkəsində təhsilin səviyyəsinin yüksək olmasından, xüsusən kompyüter sahəsində yüksək səviyyəli kadrlar hazırlanmasından danışıb.
Qafqaz universitetinin rektoru professor Ahmet Saniç qonaqları salamlayaraq, Qafqaz Universiteti bu tədbirə ev sahibliyi etdiyindən qürur duyduğunu bildirib,türkmən xalqının müstəqillik bayramını təbrik edib.
O, qeyd edib ki, belə bir tədbir gənclərə vətənpərvərlik, xalqlararası dostluq və qardaşlıq baxımından müsbət istiqamət vermək üçün cox önəmlidir. Ümid edirəm ki, Türkmənistan Dövlət universitetinin rəhbərliyinin də bu tədbirdə iştirak etməsi gələcəkdə universitetlərimiz arasında tələbə və elmi təctübə mübadiləsinin aparılmasına öz töhvəsini verəcəkdir ki, bu da öz növbəsində hər iki ölkənin elm və təhsilinin inkişafına xidmət edəcəkdir. 
O, Türkmənistanın Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq münasibətlərindən və bir rektor kimi rəhbərlik etdiyi Qafqaz Universitetində oxuyan türkmənistanlı tələbələrdən çox razı olduğunu və türkmən tələbələrin sayının gələcəkdə daha da artmasından məmnun olacağını bildirib.
Publika.Az  https://qu.edu.az/qucpanel/?p=news_add

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır