Universitet-İş Dünyası Əlaqələri Dəyirmi Masa - 1

Universitet-İş Dünyası Əlaqələri Dəyirmi Masa - 1

Dünən keçirilən "Universitet-İş Dünyası Əlaqələri" Dəyirmi Masaya 20 üniversitetdən prorektorlar (7), dekanlar, Kafedra müdirləri, Karyera Planlama Mərkəz müdirləri və mütəxəssisləri iştirak etdilər. (Təxmini 35 qonaq)

Dəyirmi Masanın açılışı Universitetimizin Rektoru Prof. Dr. Ahmet Saniçin nitqi ilə başladı və  3 saata qədər davam etdi. (11.00-14.00).
 Danışıq və müzakirələr sonunda əldə olunan nəticə və təkliflər:
1) Universitet-İş Dünyası Əlaqələri ali təhsil müəssisələrinin ən mühim məsələlərindən biridir.
2) Bu mühim məsələdə müvəffəqiyyətin əldə olunması üçün, universitetlər arasında, məlumat-təcrübə mübadiləsi, işbirliyi və əlaqələrin genişləndirilməsi zəruridir.
3) "Azərbaycan Universitetləri İş Dünyası Məsul Şəxsləri “ Virtual Platformu" yaradılması çalışmalarına bu gündən başlanılmalıdır.
4) Bu məsələ çox aspektli yanaşmanı tələb edir. Məsələnin universitet idarəsi başda olmaqla, müəllimlərə, dövlət müəssisələrinə, tələbələrə və valideyinlərinə, məzunlara və iş dünyasına baxan cəhətləri var.
5) Universitet idarələrinə xas olan cəhətləri:
            a) Universitetlərdə iş dünyası mərkəzləri təkmilləşdirilməli və qarşılıqlı işbirliyi və təcrübə mübadiləsi imkanları artırılmalıdır.
            b) Universitetlər, özlərini abituriyentlərə elə tanıtdırmalıdırlar ki, onlar gəldikləri kafedra və bölmələrdə yiyələnəcəkləri tədrisin nə olduğunu, məzun olanda hansı imkanlara malik ola biləcəklərini daha tələbə olmadan bilsinlər.
            c) Universitet iş dünyası əlaqələrinin həm tədrisə, dərslərə, həm də dərsdən xaric fəaliyyətlərə baxan cəhətləri var. Dərslər, kurrikulumlar və dərsdən kənar fəaliyyətlər manitorinq üsulu ilə iş dünyasının tələblərinə uyğun olub - olmadığı araşdırılmalı, uyğun deyilsə uyğunlaşdırılmalı. 
            d) Müəllimlərin maddi imkanları artırılmalı.
e) Müəllimlərin iş dünyası məsələləri ilə bağlı təkmilləşdirilməsinə xüsusi qayğı göstərilməli.
f) Universitetlərin texniki bazası qüvvətləndirilməli; laboratoriya imkanları artırılmalı.
            g) Tələbələrin iş dünyasına hazırlıq prosesinə birinci kursdan başlanılmalı.
            h) Xarici universitetlərin təcrübələrindən də istifadə edilməli. Müəllim və tələbələrin daxili və xarici universitetlərlə mobilizasyonu artırılmalı.
           
6) Müəllimlərə xas olan cəhətləri:
a) Müəllimlər, dərslərini modern üsullarla, dövlət standartlarına və bəynəlxalq standartlara uyğun verməli.
b) Müəllimlər, dərsləri ilə bağlı iş dünyasının tələblərinə diqqət yetirməli.  Dərslərdə verilən biliklərin məzuniyyət sonrasında nə işə yarayabiləcəyi tələbələrə açıqlanmalıdır.
c) Müəllimlər təkmilləşdirmə kurslarına qatılmaq üçün aktiv olmalı

7)  Tələbə ve tələbə valideynlərinə xas olan cəhətləri:
a) Tələbələr, universitet idarəsi və müəllimləri ilə ünsiyyət qurmaqdan çəkinməməli.
b) Valideyinlər uşaqları məzun olana kimi, universitet idarəsi və müəllimlərlə əlaqədə olmalarının onlara daha çox fayda vərəcəyini bilməli.
c) Valideynlərin bir hissəsi iş dünyasının əməkdaşlığı onların universitetlə işbirliyi uşaqlarının inkişafı üçün lazımdır. Tələbələrinin məzuniyyət sonrakı həyatlarında müvəffəqiyyətləri birazda onların bu məsələyə sahib çıxmaları ilə əlaqəli.

8) Məzunlara xas olan cəhətləri:
a) Məzunlar, məzuniyyət sonrasındakı həyatlarında, universitetləri ilə əlaqələrini davam etdirməli.
b) Məzunlar iş düyasındakı əmək, bilik və təcrübələrini tələbələrlə paylaşmalı.

9) İş Dünyasına xas olan cəhətləri:   
a) İş dünyası daha yaxşı kadr istəyirsə, universitetlərlə daha çox əməkdaşlık etməli.
b) İş dünyası əməkdaşları, tələbələrin təcrübə sahəsində daha istəkli ve aktiv  olmalı.
c) İş dünyası əməkdaşları, universitetlərdəki  dərslərdə təcrübə - seminar fəaliyyətlərinə iştirak etməli.
d) İş dünyası sosial məsuliyyət projelərinə daha çok imkan ayırmalı.
e) İş dünyası yaxşı oxuyan tələbələrə təqaüd programlarını artırmalı
f) İş dünyası, magistr ve doktorantların dissertasiya işlərinin səçilməsi, araşdırmaların aparılması, təkmilləşdirilməsi proseslərinə daha çox qatılmalı.

Dəyirmi masanın sonunda qonaqlar, Qafqaz universitetinə, universitet rəhbərliyinə bu çalışmanın təşkilinə görə təşəkkür etdilər və bu cür fəaliyyətlərdə tez  - tez bir araya gəlmənin əhəmiyyətini vurğuladılar.

Dəyirmi Masada çıxış edən iştirakçılar:
  1. Azərbaycan Dillər Universiteti Tədris İşləri Üzrə Prokertoru Natiq Yusifov,
  2. Azərbaycan Dövlət Neft Akademiyası Tədris İşləri Üzrə Prorektoru Vaqif Qurbanov,
  3. Azərbaycan Müəllimlər İnstitutunun Tədris İşləri Üzrə Prorektoru Razim Məmmədov
  4. Xəzər Universiteti İdarəetmə və Tələbə İşləri Üzrə Prorektoru Rafiq Əhmədov,
  5. Azərbaycan Milli Konservatoriyası Tədris İşləri Üzrə Prorektoru Akif Quliyev,
  6. Baki Avrasiya Universitetinin Tədris İşləri Üzrə Prorektoru Edison Haciyev və Tədris Departamentinin Rəhbəri Rəşad Əliyev,
  7. Azərbaycan Aqrar Universitetinin Prorektoru Tədris İşləri Üzrə Prorektoru Anar Hətəmov
  8. Azərbaycan Tibb Universiteti Əczaçılıq Fakultəsinin Dekanı T.A. Süleymanov,
  9.  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rejisor Sənəti Fakultəsinin Dekanı Xaləddin Sofiyev,
  10. Azərbaycan Dövlət İqtisat Universiteti Karyera Mərkəzinin Direktoru Fuad Əliyev,
  11. Azərbaycan Turizm İnstitutunun Tədris Şöbəsinin Müdiri Nərminə Abdullayeva,
  12. Bakı Dövlət Universiteti Həmkarlar İttifaqının Sədri Daşqın Qəmbərov,
  13. Əmək ve Sosial Münasibətlər Akademiyası Hicran Mirzəyeva,
  14. Azərbaycan Diplomatik Akademiyası Karyera Planlama Mərkəz Müdürü Gülnur İsmayıl,
  15. Azərbaycan Universiteti Beynelxalq Ələqələr ve Karyera Planlama Mərkəzinin Rəhbəri Tofiq Əhmədov,
  16. Azərbaycan Dövlət Pedagoji Universiteti, IT Mərkəzinin Direktoru İlham Əhmədov,
  17. Bakı Slavyan Universiteti Təcrübə Şöbəsinin Müdiri Arif Nuriyev,
  18. Azərbaycan Memarlıq ve İnşaat Universiteti Tədris Şöbəsinin Müdiri Sabir Məmmədov və Təcrübə Şöbəsinin Müdiri Nadir Kərimov,
  19. Qərb Universiteti Riyaziyyat və Komputer Texnologiyaları Kafedrasının Müdiri Rəna Hacıyeva 
  20. Bakı Biznes Universitetinin Məzunlarla İş və Karyera Mərkəzinin Mütəxəssisi Türkan Əliyeva

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF