Hərbi xidmətdə olan məzunlarımızı ziyarət etdik.

Hərbi xidmətdə olan məzunlarımızı ziyarət etdik.

Məzun Koordinasiya Şöbəsinin əməkdaşları hərbi xidmətdə olan məzunlarını mütəmadi ziyarət edir. Bu dəfə yolunu Gəncə  və Göygöldə həqiqi hərbi xidmətdə olan məzunların qulluq etdiyi hərbi hissələrdən saldı.  Məzunların xidmət şəraiti ilə yaxından tanış oldular və məzunlara   müəllimlərinin salamlarını çatdırdılar. Məzunlarımız müəllimlərinin salamlarını eşitməkdən çox şad olduqlarını bildirdilər və onlar da müəllimlərinə öz salamlarını çatdırılmasını xahiş etdilər.  Söhbət əsnasında məzunlarımız öz əsgərlik xatirələrini bizimlə bölüşdülər. Məzunlarımız Qafqaz Universitetinin onlara vermiş olduğu dəyərin çox yüksək qiymətləndirdilər.  Qeyd etdilər ki, bu görüş onların yadında əbədi olaraq qalacaq  və bu əsgərlik xatirələrinə qızıl hərflərlə yazılan xoş bir hadisədir. Sonunda məzunlarımızla xatirə şəkili çəkdirdik və xoş təəssüratlarla yenidən göruşmək ümidiylə ayrıldıq.


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF