“Dünyada və Azərbaycanda iqtisadi təfəkkürün inkişafı” mövzusunda seminar keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru i.e.d. professor İsa Alıyev Qafqaz Universitetində “Dünyada və Azərbaycanda iqtisadi təfəkkürün inkişafı” mövzusunda seminar verib. | |
Universitetin İqtisadiyyat fakültəsinin binasında keçirilən seminara AMEA -nın iqtisadiyyat institutunun əməkdaşları, universitetin iqtisadiyyat fakültəsinin müəllim və tələbələri qatılıblar. Professor İsa Alıyev Dünyada iqtisadiyyat elminin dəqiq elmlərlə müqayisədə cavan hesab olunmasına baxmayaraq, N. Tusinin maliyyə haqda yazdığı əsəri ilə Azərbaycanda bu elmin qədimliyindən xəbər verməsini diqqətə çatdırıb. Bildirib ki, iqtisad elminin inkişafı yeni elmi təfəkkürə dayanmalı, iqtisadi nəzəriyyə daim yenilənməlidir. Natiq iqtisadçı ilə biznesmen anlayışının fərqli olduğunu, iqtisadçının əsas vəzifələrindən birinin cəmiyyətin üzləşəcəyi problemləri əvvəlcədən görüb problemin həlli yollarını cəmiyyətə qəbul etdirmək olduğunu vurğulayıb.
Qafqaz universitetinin prorektoru professor Cihan Bulud professor İsa Alıyevə təşəkkür edib. Onun dediklərinin aktual məsələlər olduğunu tələbələrin Azərbaycanın iqtisadi tarixini dərindən öyrənmələrini, iqtisadçılarını tanımalarını tövsiyə edib.
|