Qafqaz Universitetində “Türkmənistan günü” qeyd edilib


Qafqaz Universitetində “Türkmənistan günü” mövzusunda tədbir keçirilib. Tədbir Türkmənistanın müstəqilliyinin 22-ci ildönümünə həsr edilib.  İlk olaraq hər iki ölkənin - Azərbaycanın və Türkmənistanın Dövlət himnləri səsləndirilib.

525.az-ın məlumatına görə, tədbirdə çıxış edən Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov bildirib ki, Türkmənistanla Azərbaycanı tarixi dostluq və qardaşlıq münasibətləri bağlayır. Onun sözlərinə görə, Türkmənistan müstəqil və tərəfsiz dövlətdir. Diplomat təmsil etdiyi dövlətin qonşuları ilə bağlı siyasətindən söz açıb.  Azərbaycan və Türkmənistanın qədim ipək yolu üzərində, enerji və nəqliyyat xətlərinin qovşağında olmaları baxımından strateji mövqelərindən və hər iki ölkə başçısının uğurlu siyasəti nəticəsində ölkələrimizin daima inkişaf etməsindən və ölkələrimiz arasındakı əməkdaşlıq məsələlərindən danışıb.

Səfir Qafqaz Universiteti ilə əməkdaşlıq məsələlərinə də toxunub. Onun sözlərinə görə, bu əməkdaşlıq sayəsində hər il may ayının 18-də "Məhdimqulu Firaqinin şer günləri" adlı tədbir keçirilir. Bu artıq ənənənə halını alıb. Sözügedən tədbir həm Azərbaycan, həm də Türkmənistan ictimaiyyətində maraqla qarşılanır. Səfir Qafqaz Universitetində oxuyan türkmən tələbələrin yüksək səviyyələri ilə seçilməsindən, onlara yaradılan şəraitdən məmnun olmalarından danışaraq, bütün bunlar üçün və eləcə də belə bir tədbirin təşkil olunmasına görə Qafqaz Universitetinin professor müəllim heyətinə və şəxsən rektor professor Ahmet Saniçə təşəkkür edib. Diplomat Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərinə də toxunub. Bildirib ki, cənab İlham Əliyevin böyük səs çoxluğu ilə xalqın etimadını qazanaraq üçüncü dəfə ölkə prezidenti seçilməsi Türkmənistanda da məmnuniyyətlə qarşılanıb. Səfir azərbaycan xalqını bu münasibətlə təbrik edib.

Daha sonra çıxış edən Mədəniyyət və Turizm Naziri Əbulfəz Qarayev də Azərbaycan və Türkmənistan arasındakı dostluq münasibətlərindən danışıb. Azərbaycan tərəfinin bu dostluq və strateji tərəfdaşlıq əlaqələrinə əhəmiyyət verdiyini diqqətə çatdırıb. Nazir eyni zamanda çıxışında ölkələrimiz arasında əlaqələr yüksək səviyyədə olmasından, TÜRKSOY-un 20-illik tədbirində qarşılıqlı mədəniyyət günləri keçirilməsi ilə əlaqəli fikir mübadiləsi aparılmasından, Türkmən xalçalarının Azərbaycanda təqdimatının təşkil edilməsinin planlaşdırlmasından və truzim şirkətləri arasında mübadilə tədbirlərinin nəzərdə tutulmasından danışıb. Nazir djaha sonra vurğulayıb ki, hər il Turkmənistandan Azərbaycana 5000 turist gəlir. Lakin bu rəqəmin yetərli olmadığını deyən Ə.Qarayev turistlərin sayının artırılmasının yollarını aradıqlarını deyib. Nazir artıq viza probleminin də olmadığını vurğulayıb.

 Tədbirdə çıxış edən Türkmənistan Dövlət universitetinin rektoru professor Qurdniyaz Xanmuradov dTürkmənistanla Azərbaycan arasındakı tarixi əlaqələrdən,dostluq və qardaşlıq münasibətlərinndən danışıb. Azərbaycan və Türkmənistan prezidentlərinin dostluğu və qardaş münasibətləri sayəsində ölkələrimiz arasında münasibətlərin hərtərfli inkişaf etməsindən və dostluq əlaqələri yüksək səviyyədə olmasından bəhs edib.

 Qafqaz universitetinin rektoru professor Ahmet Saniç isə çıxışında belə bir tədbirə ev sahibliyi etdikləri üçün qürur hissi keçirdiklərini açıqladı. O, qeyd etdi ki, belə bir tədbir gənclərə vətənpərvərlik, xalqlararası dostluq və qardaşlıq baxımından müsbət istiqamət vermək üçün cox önəmlidir. O, Türkmənistanın Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq münasibətlərindən və bir rektor kimi rəhbərlik etdiyi Qafqaz Universitetində oxuyan türkmənistanlı tələbələrdən çox razı olduğunu və türkmən tələbələrin sayının gələcəkdə daha da artmasından məmnun olacağını bildirib.

Tədbir Türkmənistandan gəlmiş mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və "Laçın" folklor rəqs qrupunun ifası ilə sona catıb.Xüsusi ilə tədbirin sonunda Türkmənistan xalq artisti Akmuhamməd Xanovun ifasında səslənən "Türkmənistan" mahnısı bütün zaldakıların ifası və Azərbaycan, Türkmənistan və Türkiyə bayraqlarının dalğalanması ilə müşaiət olunub.

 Tədbirdə türkmən xalı və geyimlərinin, milli şiriniyat və alətlərinin, müasir Türkməninstanın inkişafını əks etdirən foto sərginin nümayiş edilməsi, Azərbaycan ali məktəblərində təhsil alan Türkmənistanlı tələbələrin və Qafqaz Universitetinin tələbələrinin iştirakı ilə idman yarışlarının da təşkil olunması, qaliblərə diplom və hədiyyələrin verilməsi günü daha da maraqlı edib.
http://www.hafta-ichi.az/news.php?id=104447

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır