"Alın tərinə ağıl təri qatmaq lazımdır"
Türkiyə Cümhuriyyəti Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən "2023-ə 10 qala" 3-cü Sənaye Şurasında konfrans keçirilib.
Publika.Az-ın verdiyi xəbərə görə,ölkənin baş naziri, nazirləri, universitet rektorları, elm adamları, sənayeçilər, texnopark rəhbərləri, dövlət məmurları və qeyri hökumət təşkilatlarının nümayəndələrinin birgə müzakirələr apardığı III Sənaye Şurasında bütün tərəflər Türkiyənin 2023-cü il hədəflərinə aparacaq yolları araşdırılıb.
III Sənaye Şurası "2023-ə 10 qala" adı ilə Türkiyənin paytaxtı Ankara şəhərində, ölkənin ən böyük saraylarından birində - Konsorsium Beynəlxalq Konfrans və Sərgi Sarayında – keçirilib.
265 Şura üzvü, 1600 içtirakçının təmsil olunduğu Sənaye Şurasında Türkiyənin sənaye gücünün artırılması, eləcə də ixrac potensialının çoxaldılması yolları birlikdə müzakirə olunub. Türkiyə 2023-cü ildə 500 mlrd. dollar dəyərində ixrac gücünə sahib olmağı hədəfləyir.
Türkiyə qarşıya qoyulan hədəfə çatmaqla dünyanın ən güclü iqtisadiyyatına malik 10 ölkəsindən biri olmaq iddiasındadır. Bu məqsədlə iqtisadi inkişafı təmin edəcək, tətbiq yönümlü elmi araşdırmalara (ArGe çalışmalarına) əhəmiyyət verən Türkiyə, elm adamları ilə sənayeçinin birgə fəaliyyətini təmin etməkdədir.
Bu prosesdə universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsində nizamlayıcı-təşviqedici mövqeyini inkişaf etdirən Türkiyə hökuməti 2023 hədəflərinə çatmaq üçün istər elm adamlarının, istrəsə də sənayeçinin əsaslandırılmış bütün ehtiyaclarını ödəməyi planlaşdırır.
"İnkişaf etmiş ölkələrin yüksək texnoloji nəticələrini təqib etməklə birinci olmaq mümkün olmadığı" vurğulandığı Sənaye Şurasında güclü iqtisadiyyata malik ölkə ola bilmək üçün yüksək texnologiyaların istehsalı, sahibkarlığın təşviq olunması, universitetlərdə təşəbbüskar mühitin inkişaf etdirilməsi, üstün xüsusiyyətlərə malik insan resurslarının hazırlanması, insan resurslarının səmərəli istifadəsi, mühəndislik peşəsinin təməl elmlərinin daha da inkişaf etdirilməsi və s. kimi məsələlər haqqında tövsiyə qəraraları alınıb.
Qeyd olunub ki, güclü sənayenin formalaşması üçün dünya ilə rəqabətə davamlı yüksək texnologiyalar istehsal olunmalıdır. Bu məqsədlə universitetlərlə sənayenin əməkdaşlığı hərtərəfli inkişaf etdirilməlidir. Bu aspektdə texnoparkların inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilən Şurada güclü texnoparkların arxasında güclü və təşəbbüskar universitetlərin olduğu vurğulanarkən, universitetlərin də güclənməsində texnoparkları rolunun zəruriliyi önə çəkilib.
3 gün davam edən Sənaye Şurasında alınan tövsiyə qərarları və Şurada təqdim olunan elmi məqalələr birlikdə kitab halında çap olunaraq istifadəyə veriləcək.
Xatırladaq ki, III Sənaye Şurasında Azərbaycandan Qafqaz Universiteti Texnoparkının müdiri Dos. İsa Qasımov da iştirak edirdi. İ. Qasımov Sənaye Şurasında “Azərbaycanda Universitet - İş dünyası əlaqələrinin mövcud vəziyyətinin təhlili” adlı elmi məqalə ilə çıxış edib. (Məqalə Dos. Şahin Durmazla birgə işlənmişdir).
İ. Qasımov 3-cü Sənaye Şurasında təcrübə mübadiləsi ilə yanaşı, texnoparkların Azərbaycanda inkişaf etdirilməsində faydalı ola biləcək tanışlıq görüşləri də keçirilib.