“Qafqaz”ın tələbələri “Ernst and Young”ın əməkdaşları ilə görüşüblər zaman “Qafqaz”ın tələbələri “Ernst and Young”ın əməkdaşları ilə görüşüblər zaman 19 November, 2013, baxılıb - 1 dəfə “Qafqaz”ın tələbələri “Ernst and Young”ın əməkdaşları ilə görüşüblər 19 November 2013, Tuesday / , Add to Google Dünyada seçilən audit şirkətlərindən biri olan “Ernst and Young”ın nümayəndələri ilə Qafqaz Universitetinin tələbələri arasında görüş keçirilib. İllik 20 milyard dollardan çox büdcəsi ilə 140 ölkədə fəaliyyət göstərən, dünyanın ən böyük dörd audit şirkətlərindən biri olan “Ernst and Young” şirkətinin nümayəndələri görüş zamanı Qafqaz Universitetində təhsil səviyyəsinin yüksək olmasını vurğulayaraq, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd ediblər. Görüşün nəticəsi olaraq, universitetin son kurs tələbələrinin iş dünyası ilə yaxından tanış olması məqsədi ilə qısa müddət ərzində “Ernst and Young” şirkəti nümayəndələrinin tələbələrlə görüşü planlaşdırılıb. Qafqaz Universitetindən verilən digər bir xəbərdə qeyd olunur ki, təhsil ocağının “QUTechnopark”ının həyata keçirdiyi “Təşəbbüskarlıq seminarları” layihəsi əsasında növbəti seminar universitetin Biznesin idarə olunması kafedrasının müəllimi, “Baku Art School” və “ÖZ klub”un həmtəsisçisi Rüfət Hüseynovun təqdimatında “Şəxsi büdcənin effektiv idarəolunması” mövzusunda təşkil edilib. Seminarda xərclərin qruplaşdırılması, büdcənin planlanması, özü-özündən pul qazanmağın yolları mövzularında müzakirələr aparılıb. Xatırladaq ki, “Təşəbbüskarlıq seminarları” sahibkarlığın inkişafına dəstək layihəsidir. Şənbə günləri keçirilən “Təşəbbüskarlıq seminarları”, müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.
Dünyada seçilən audit şirkətlərindən biri olan “Ernst and Young”ın nümayəndələri ilə Qafqaz Universitetinin tələbələri arasında görüş keçirilib | |
İllik 20 milyard dollardan çox büdcəsi ilə 140 ölkədə fəaliyyət göstərən, dünyanın ən böyük dörd audit şirkətlərindən biri olan “Ernst and Young” şirkətinin nümayəndələri görüş zamanı Qafqaz Universitetində təhsil səviyyəsinin yüksək olmasını vurğulayaraq, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd ediblər. Görüşün nəticəsi olaraq, universitetin son kurs tələbələrinin iş dünyası ilə yaxından tanış olması məqsədi ilə qısa müddət ərzində “Ernst and Young” şirkəti nümayəndələrinin tələbələrlə görüşü planlaşdırılıb. Qafqaz Universitetindən verilən digər bir xəbərdə qeyd olunur ki, təhsil ocağının “QUTechnopark”ının həyata keçirdiyi “Təşəbbüskarlıq seminarları” layihəsi əsasında növbəti seminar universitetin Biznesin idarə olunması kafedrasının müəllimi, “Baku Art School” və “ÖZ klub”un həmtəsisçisi Rüfət Hüseynovun təqdimatında “Şəxsi büdcənin effektiv idarəolunması” mövzusunda təşkil edilib. Seminarda xərclərin qruplaşdırılması, büdcənin planlanması, özü-özündən pul qazanmağın yolları mövzularında müzakirələr aparılıb. Xatırladaq ki, “Təşəbbüskarlıq seminarları” sahibkarlığın inkişafına dəstək layihəsidir.
Şənbə günləri keçirilən “Təşəbbüskarlıq seminarları”, müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.
|