Türkiyədə keçiriləcək Sənaye Şurasında “Qafqaz”ı İsa Qasımov təmsil edəcək
20-22 noyabr 2013-cü il tarixlərində Ankaranın Beynəlxalq Konfrans və Sərgi Sarayında keçiriləcək 3-cü Sənaye Şurası Türkiyə Cümhuriyyəti Elm, Sənaye və Texnoloji Nazirliyi tərəfindən təşkil edilir. | |
Türkiyə Cümhuriyyəti Baş Naziri Rəcəb Tayyib Ərdoğan, müxtəlif nazirlər, sənayedə aparıcı şirkətlərin sahibləri, eləcə də elm adamlarının iştirak edəcəkləri Şurada Qafqaz Universiteti Texnoparkının müdiri dos. İsa Qasımov da iştirak edəcək. İsa Qasımov 3-cü Sənaye Şurasında Qafqaz Universiteti Texnoparkı İdarə Heyətinin sərdi Dos. Şahin Durmazla birgə işlədiyi “Azərbaycanda Universitet - İş dünyası əlaqələrinin mövcud vəziyyətinin təhlili” elmi məqalə ilə çıxış edəcək. O, 3-cü Sənaye Şurasında təcrübə mübadiləsi ilə yanaşı, texnoparkların Azərbaycanda inkişaf etdirilməsində faydalı ola biləcək tanışlıq görüşləri də keçirəcək.
|