“Hər birimiz Cavidi öyrənmliyik” – Sona Vəliyeva
“İrfan söhbətlərini 13 yaşında dərk edib. Urmiyada o, dini məktəb keçib, Şərq ədəbiyyatını öyrənib. Daha sonra Türkiyəyə səfər edib”.
Prezident Administrasiyası İctimai Siyasi şöbəsinin müdiri Əli Həsənovun şəxsi təşəbbüsü ilə “Kaspi” qəzetinin və Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında nəşr edilən “Hüseyn Cavid Eserleri” kitabının Qafqaz Universitetindəki təqdimatında Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva vurğulayıb. Sona Vəliyeva deyib ki, Cavid Türkiyədə böyük tədqiqat işləri ilə məşğul olub: “O, fəlsəfəni sistemli şəkildə öyrənib. Hüseyin Cavid Türkçülüyü daha yüksəkliyə qaldıran şəxsiyyət olub. Cavidin qoyduğu dil məsələsi böyük məsələlərdən biri sayılıb”.
“Dilçilik Cavidin əsərlərində bədii şəkildə ifadə olunub”, -deyən Sona Vəliyeva qeyd edib ki, Türkiyədə çıxan bu əsər müasir dövr üçün çox əhəmiyyətlidir: “Bəşəriyyət üçün Hüseyin Cavidin öyrənilməsi vacibdir. Onun bəşəriyyətə münasibəti gələcəkdən xəbər verirdi. Cavidin öyrənilməsi türk millətinin özünə qayıdışıdır. Hər birimiz Cavidi öyrənmək və öyrətməliyik”.
Azadinforum