Pakistanlı nazir Qafqaz Universitetində

Pakistanın təhsil naziri Qafqaz Universitetində olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xətti ilə ölkəmizdə səfərdə olan Pakistanın təhsil naziri Muhamməd Əlbaliç Ur Rahman Qafqaz Universitetini də ziyarət edib. 

Bu barədə universitetdən bildirilib. Universitetin rektoru professor Ahmet Saniç qonağa ali təhsil ocağı haqda məlumat verib.O bildirib ki, Qafqaz Universitetində pakistanlı tələbə də təhsil alır və ondan çox razıdırlar. Professor Ahmet Saniç pakistanlı nazirə rəhbərlik etdiyi universitetdə pakistanlı tələbələrin sayının artmasından məmnun olacağını qeyd edib. Pakistanın təhsil naziri Muhamməd Əlbaliç Ur Rahman Pakistanda fəaliyyət göstərən türk okullarının fəaliyyətindən çox razı olduqlarını bildirib. Nazir Azərbaycan dövlətinin dünyadakı nüfuzunun artdığını və buradakı inkişafın yüksək səviyyədə olmasına sevindiyini söyləyib.
 İlkin
http://palitranews.az/news.php?id=14236

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF