Qafqaz universiteti iş dünyasına çağırış etdi
Qafqaz universitetinin təşkilatçılığı ilə keçirilən "Universitet-İş Dünyası Əlaqələri" mövzusunda dəyirmi masaya 20 üniversitetdən prorektorlar, dekanlar, kafedra müdirləri, karyera planlama mərkəz müdirləri vəmütəxəsisləri iştirak edilər. 3 saat davam edən dəyirmi masa, Qafqaz universitetinin rektoru professor Ahmet Saniçin açılış nitqi ilə başlayıb. Qarşıya qoyulan məsələlərə münasibət bildirən dəyirmi masa iştirakçılarıUniversitet-İş Dünyasıəlaqələrinin ali təhsil müəssisələrinin ən mühim məsələlərindən biri olduğunu söyləyiblər. Təklif ediblərkimüvəffəqiyyətin əldə olunması üçün, universitetlər arasında, məlumat-təcrübə mübadiləsi, işbirliyi və əlaqələrin genişləndirilməsi zəruridir.
Müzakirələrin sonunda qərara alınıbki bu məsələ çox aspektli yanaşmanı tələb etdiyindənuniversitetlər başda olmaqla, müəllimlərin,tələbələrin və valideyinlərin, məzunların və iş dünyasının üzərinə düşən vəzifələr var.
Universitetlərdə iş dünyası mərkəzləri təkmilləşdirilməli və qarşılıqlı işbirliyi və təcrübə mübadiləsi imkanları artırılmalı, özlərini abituriyentlərə elə tanıtdırmalıdırlarki məzun olanda hansı imkanlara malik ola biləcəklərini daha tələbə olmadan bilsinlər.Universitetlərin texniki bazası qüvvətləndirilməli,laboratoriya imkanları artırılmalı, müəllim və tələbələrin daxili və xarici universitetlərlə mübadilə prosesi artırılmalıdır.Elə şərait yaradılmalıdırki tələbələr, universitet rəhbərliyi və müəllimləri ilə ünsiyyət qurmaqdan çəkinməməlidirlər.
İş dünyası daha yaxşı kadr istəyirsə, universitetlərlə daha çox əməkdaşlık etməli,tələbələrə təcrübə sahəsində şərait yaratmalı,yaxşı oxuyan tələbələrə təqaüd programları üçün vəsait ayırmalı,magistr ve doktorantların dissertasiya işlərinin səçilməsi, araşdırmaların aparılması, təkmilləşdirilməsi proseslərinə daha çox qatılmalıdır.