Bakıda “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda beynəlxalq simpozium işə başlamışdır


Bakıda “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda beynəlxalq simpozium işə başlamışdır

Bakı, 25 noyabr (AzərTAc). Noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda beynəlxalq simpozium işə başlamışdır.
Tədbir Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Universiteti və Qafqaz Universitetləri Birliyinin birgə təşkilatçılığı ilə reallaşmışdır. 
Simpoziumun açılış mərasimi DQİDK-nın təşəbbüsü ilə çəkilmiş “Əbədi işığın abidəsi: Şamaxı cümə məscidi” filminin nümayişi ilə başlamışdır.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq son 200 ildə Azərbaycan ilə Türkiyənin bir-birinə indiki qədər yaxın olmadığını, bu gün iki qardaş ölkənin daha da yaxınlaşması üçün böyük tarixi şans yarandığını bildirmişlər.
Diqqətə çatdırılmışdır ki, ötən ay Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dövlət Komitəsinin təşkilatçılığı ilə Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium keçirilmişdir. “Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” adlı simpozium Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən 2013-cü ilin “Bakuvi ili” elan edilməsi ilə əlaqədar komitə tərəfindən keçirilmiş 30-dan artıq silsilə tədbiri beynəlxalq müstəviyə çıxarmışdır.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF