Qafqazdan Anadoluya Mədəniyyət Körpülərimiz

Qafqazdan Anadoluya Mədəniyyət Körpülərimiz

2013-cü ilin UNESCO tərəfindən böyük türk mütəsəvvifi Seyid Yəhya Bakuvinin 550-ci ildönümünə həsr edilməsi münasibətilə il boyunca keçirilmiş silsilə tədbirlərdən ən önəmlisi bu yaxınlarda baş tutacaqdır. Ardahan Universitetinin başçılıq etdiyi Kafkasya Üniversiteler Birliği və Azərbaycan Qafqaz Universitetinin əməkdaşlığı ilə noyabr ayının 21-22-sində Türkiyədə Əskişəhərdə, 24-25 tarixlərində Bakıda “Qafqazdan Anadoluya Mədəniyyət Körpülərimiz - Beynəlxalq Seyid Yəhya Şirvani və Xəlvətilik Simpoziumu” keçiriləcəkdir. Türkiyədən Təhsil Nazirliyi, Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Agentliyi, Eskişehir Valiliyi, Osmangazi Universitetinin, Azərbaycandan isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, MİRAS və Gəncliyə Yardım Fondunun də dəstək verdiyi proqram çərçivəsində Seyid Yəhya Şirvani və Xəlvətilik haqqında elmi simpozium reallaşdırılacaq. Tədbirdə Amerika Birləşmiş Ştatları (ABŞ), Azərbaycan, Qırğızıstan, Türkiyə kimi ölkələr başda olmaq üzrə dünyanın dörd bir tərəfindən təsəvvüf, ədəbiyyat, tarix sahələrində çalışan elm xadimləri iştirak edəcəkdir

Proqramın ilk hissəsi 21 - 22 noyabr 2013 tarixləri arasında Eskişehirdə həyata keçiriləcək
İki fərqli ölkədə planlaşdırılan proqramın ilk hissəsi 21 - 22 noyabr 2013 tarixləri arasında Eskişehir Osmangazi Universiteti Konqre və Kültür Mərkəzində keçiriləcək. Türkiyə Respublikası Təhsil naziri Nabi Avcı, Türkiyə Respublikası Prezident Aparatının Baş katibi Prof. Dr. Mustafa İsen, Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Dr.Elşad İsgəndərov, Azərbaycan Respublikası Milli Məclisinin vəkili Dos.Qənirə Paşayeva, Yükseköğretim Kurulu (YÖK ) Başçısı Prof. Dr. Gökhan Çetinsaya, Türkiyə Respublikası Diyanət İşləri Başçısı Prof. Dr. Mehmet Görmez, Türkiyə Respublikası Diyanət İşləri sabiq Başçısı Prof. Dr. Əli Bardakoğlu, Eskişehir valisi Güngör Azim Tuna, Ardahan valisi Seyfəddin Azizoğlu, KÜNİB Başçısı və Ardahan Universiteti Rektoru Prof. Dr. Ramazan Korkmaz, Azərbaycan Qafqaz Universiteti Rektoru Prof. Dr. Ahmet Saniçin təşrif edəcəyi proqramda Türkiyə və xaricdən bir çox qonaqlar iştirak edəcəklər
Saat 08.30-dan etibarən başlayacaq proqramda bərabər zamanlı olaraq iclaslar təşkil ediləcək. Seyid Yəhya Şirvani və Xəlvətiliyin bir çox yönü ilə ələ alınacağı proqramda tarixi, mədəni, ictimai və ədəbi ölçülərilə bir-birindən zəngin məruzələr təqdim ediləcəkdir. Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan İslam incisi” fotoşəkil sərgisi keçiriləcəkdir.
 Proqramın ikinci hissəsi 24 - 26 noyabr 2013 tarixləri arasında Bakıda reallaşdırılacaq
Eskişehirdəki proqram kimi Bakıdakı proqram da məzmunlu keçəcək. 24 noyabr 2013 bazar günü Azərbaycanın paytaxtı Bakıda saat 09.00-da Seyid Yəhya Şirvaninin türbə ziyarəti və xəttat Gülhan Beydemirin Seyid Yəhyanın yaradıcılığından istifadə ilə hazırladığı sərginin Şirvanşahlar sarayında açılışı ilə başlayacaq olan proqram, axşam saatlarında Qənirə xanımın dəstəyilə Rəşid Behbudov adına Dövlət Mahnı teatrında baş tutacaq təsəvvüf musiqisi-dövran nümayişi ilə davam edəcəkdir. 25 noyabr 2013 bazar ertəsi günü saat 09.30- da Beynəlxalq Muğam Mərkəzindəki açılış ilə simpoziumun iclaslarına start veriləcək. Qeyd edək ki, Mahnı teatrındakı nümayiş üçün Türkiyədən 32 nəfərlik bir dövran qrupu gələcəkdir. Beynəlxalq Muğam Mərkəzində olacaq açılışda Türkiyə Respublikası Təhsil naziri Prof. Dr. Nabi Avcı, Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Dr. Elşad İsgəndərov, Azərbaycan Respublikası Milli Məclisinin vəkili Qənirə Paşayeva, Türkiyə Respublikası Prezident aparatının baş katibi Prof. Dr. Mustafa İsen, Türkiyə Respublikası Bakı səfiri Alper Coşkun, Eskişehir valisi Güngör Azim Tuna, KÜNİB Başçısı və Ardahan Universiteti Rektoru Prof. Dr. Ramazan Korkmaz, Türkiyə Təsəvvüf Musiqisi Cəmiyyəti başqanı Ömer Tuğrul İnançer, Qafqaz Universiteti Rektoru Prof. Dr. Əhməd Saniç, Eskişehir Osmangazi Universiteti Rektoru Prof. Dr. Hasan Gönen və bir çox yüksək rəsmi qonaqlar çıxış edəcəklər. Simpozium 14.30-dan etibarən Qafqaz Universitetinin altı fərqli konfrans salonunda baş tutacaq. Simpoziumda Türkiyə və dünyanın müxtəlif ölkələrindən 50-yə yaxın qonağın iştirakı gözlənilir.
 Simpoziumun əhəmiyyəti
Qeyd edildiyi kimi, 2013-cü il Seyid Yəhya Bakuvi vəfatının 550-ci ildönümü münasibətilə UNESCO tərəfindən Seyid Yəhya Bakuvi Şirvani  ili elan edilmişdir. XIV-XV əsrlərdə Seyid Yəhya Şirvani tərəfindən sistemləşdirilərək bir məktəb halına gətirilən Xəlvətilik sufi məktəbi Bakıdan çıxmaqla öz irfan nurlarını dünyanın bir çox hissələrinə - Anadolu, İran, Afrika, Balkanlar, Orta Asiya, Avropaya yaya bilmişdir. Onun on minlərlə tələbəsi olmuş, bir çoxları Seyid Yəhyadan sonra öz məktəblərini quraraq bu yolu davam etdirmişlər. Günümüzdə də mənsublarının olduğu bu irfan məktəbi Azərbaycanın və yayıldığı ökələrin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Buna sübut olaraq Seyid Yəhyanın Şirvanşahlar və Osmanlılar dövlət başçıları ilə münasibətlərini göstərmək mümkündür. Qafqaz Universiteti, Qafqaz Araşdırmalar İnstitutunun öncülük etdiyi, MİRAS, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən bir çox tədbirlər həyata keçirilmiş, Respublika və xaricdə simpoziumlar, seminarlar təşkil olunmuşdur. Qafqaz Universitetinin dosenti Mehmet Rıhtımın illərdir bu sahədə apardığı tədqiqatlar nəticəsində ərsəyə gəlmiş kitablarından “Şəfa əl-Əsrar” Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən təkrar nəşr etdirilərək Azərbaycanda və xaricdə keçirilmiş tədbirlərdə paylanmışdır. Bu simpozium üçün isə “Seyid Yəhya Bakuvi və Xəlvətilik” kitabı Dini Qurumlarla iş üzrə Simpoziumun əsas məqsədi illərdir siyasət və elm adamlarının ölkələrimiz arasında qurmaq istədiyi körpülərin illər öncə qurulmuş olduğunu orta çıxarmaq və bu əlaqələrin genişləndirilməsinə səy etməkdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF