Dünyada seçilən audit şirkətlərindən biri olan Ernst and Young şirkəti nümayəndələrinin tələbələrimiz arasında görüşü planlaşdırılıb.


Dünyada seçilən audit şirkətlərindən biri olan Ernst and Young şirkəti nümayəndələrinin tələbələrimiz arasında görüşü planlaşdırılıb.

İllik 20 mlyr. dollardan çox büdcəsi ilə təqribən 140 ölkədə fəaliyyət göstərən, dünyanın ən böyük dörd audit şirkətlərindən biri olan Ernst and Young şirkətinin nümayəndələri ilə Qafqaz Universitetinin əməkdaşları arasında görüş keçirilib. Görüş zamanı şirkət nümayəndələri Qafqaz Universitetinin təhsil səviyyəsini vurğulayaraq, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını  qeyd etdilər. Görüşün nəticəsi olaraq Universitetin son kurs tələbələrininin iş dünyası ilə  yaxından tanış olması məqsədi ilə qısa müddət ərzində Ernst and Young şirkəti nümayəndələrinin tələbələrimiz arasında görüş planlaşdırılıb. Xatırladaq ki, Ernst & Young 2010 - cu ildə Fortune Jurnalında "Dünyada işlənə biləcək ən yaxşı 100 şirkət" siyahısında 44-cü sırada yer alıb.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF