Seyid Yəhya Bakuvi və Xəlvətilik simpoziumu keçiriləcək

bitmap-img6


2013-cü ilin UNESCO tərəfindən böyük türk mütəsəvvifi Seyid Yəhya Bakuvinin 550-ci ildönümünə həsr edilməsi münasibətilə il boyunca keçirilmiş silsilə tədbirlərdən ən önəmlisi bu yaxınlarda baş tutacaq

Ardahan Universitetinin başçılıq etdiyi Kafkasya Üniversiteler Birliği və Azərbaycan Qafqaz Universitetinin əməkdaşlığı ilə noyabr ayının 21-22-sində Türkiyədə Əskişəhərdə, 24-25 tarixlərində Bakıda “Qafqazdan Anadoluya Mədəniyyət Körpülərimiz - Beynəlxalq Seyid Yəhya Şirvani və Xəlvətilik Simpoziumu” keçiriləcək.

Qafqaz Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyədən Təhsil Nazirliyi, Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Agentliyi, Eskişehir Valiliyi, Osmangazi Universitetinin, Azərbaycandan isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, MİRAS və Gəncliyə Yardım Fondunun də dəstək verdiyi proqram çərçivəsində Seyid Yəhya Şirvani və Xəlvətilik haqqında elmi simpozium reallaşdırılacaq.

Tədbirdə Amerika Birləşmiş Ştatları (ABŞ), Azərbaycan, Qırğızıstan, Türkiyə kimi ölkələr başda olmaq üzrə dünyanın dörd bir tərəfindən təsəvvüf, ədəbiyyat, tarix sahələrində çalışan elm xadimləri iştirak edəcək.
http://www.pia.az/Seyid_Yehya_Bakuvi_ve_-8634-xeber.htm

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF