Pakistanın ali təhsildə təlim və standartlar naziri Qafqaz Universitetində olmuşdur
Bakı, 12 noyabr (AzərTAc). Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xətti ilə ölkəmizdə səfərdə olan Pakistanın ali təhsildə təlim və standartlar naziri Məhəmməd Baliq ur-Rəhman Qafqaz Universitetində olmuşdur.
Universitetdən AzərTAc-a bildirmişlər ki, rektor Əhməd Saniç qonağa rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti haqqında məlumat vermişdir. O, universitetdə pakistanlı tələbənin də təhsil aldığını nazirin diqqətinə çatdırmışdır. Rektor Qafqaz Universitetində pakistanlı tələbələrin sayının artmasından məmnun olacağını qeyd etmişdir.
Nazir Məhəmməd Baliq ur-Rəhman Pakistanda fəaliyyət göstərən türk təhsil ocaqlarının fəaliyyətindən razı olduqlarını bildirmişdir. Nazir Azərbaycanda sürətli inkişaf proseslərinin getməsinin və ölkəmizin dünyada nüfuzunun artmasının, eləcə də təhsilin səviyyəsinin yüksəlməsinin onları sevindirdiyini diqqətə çatdırmışdır.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır