Türkmənistanın müstəqilliyinin 22-ci ilinə həsr olunan "Türkmənistan günü" keçirilib


Təhsil Türkmənistanın müstəqilliyinin 22-ci ilinə həsr olunan "Türkmənistan günü" keçirilib

Qafqaz universitetində Türkmənistanın Azərbaycandakı səfirliyi ilə birgə Türkmənistan Respublikasının müstəqilliyinin 22-ci ilinə həsr olunan "Türkmənistan günü" keçirilib. Qafqaz Universitetinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Türkmənistanın Azərbaycan Respublikasındakı Fövqəladə və Sələhiyyətli səfiri Toylu Komekov müstəqil və tərəfsiz Türkmənistan dövlətinin qonşuluq siyasətindən, Azərbaycan və Türkmənistanın qədim ipək yolu üzərində, enerji və nəqliyyat xətlərinin qovşağında olmaları baxımından strateji mövqelərindən və hər iki ölkə başçısının uğurlu siyasəti nəticəsində ölkələrimizin daima inkişaf etməsindən və ölkələrimiz arasındakı əməkdaşlıq məsələlərindən danışıb. Səfir Qafqaz Universiteti ilə sıx əməkdaşlıqları sayəsində hər il may ayının 18-də keçirilməsi artıq ənənə halını almış "Məhdimqulu Firaqinin şer günləri" tədbirinin həm Azərbaycan, həm də Türkmənistan ictimaiyyətində maraqla qarşılanmasını qeyd edib. Səfir Qafqaz Universitetində oxuyan türkmən tələbələrin yüksək səviyyələri ilə seçilməsindən, onlara yaradılan şəraitdən məmnun olmalarından danışaraq, bütün bunlar üçün və eləcə də belə bir tədbirin təşkil olunmasına görə Qafqaz Universitetinin professor müəllim heyətinə və şəxsən rektor professor Ahmet Saniçə təşəkkür edib.

Tədbirdə Azərbaycan dövlətini Mədəniyyət və Turizm Naziri Əbulfəz Qarayev təmsil edib. O, öncə tədbir iştirakçılarına Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb, Azərbaycan hökumətinin Türkmənistanla dostluq və strateji partnyorluq əlaqələrinə əhəmiyyət verilməsindən bəhs edib. Nazir eyni zamanda çıxışında ölkələrimiz arasında əlaqələr yüksək səviyyədə olmasından, TÜRKSOY-un 20-illik tədbirində qarşılıqlı mədəniyyət günləri keçirilməsi ilə əlaqəli fikir mübadiləsi aparılmasından, Türkmən xalçalarının Azərbaycanda təqdimatının təşkil edilməsinin planlaşdırılmasından və turizm şirkətləri arasında mübadilə tədbirlərinin nəzərdə tutulmasından danışıb. Mədəniyyət və Turizm Naziri həmçinin qeyd edib ki, hər il Türkmənistandan Azərbaycana 5000 turist gəlir ki, biz bu sayı artırılması üçün yollar düşünülür. Eləcə də, turizm şirkətləri üçün elektron viza tətbiq edildiyindən, nazir artıq viza probleminin də olmadığını vurğulayıb.
Tədbirdə Türkmənistan dövlətini təmsil edən Türkmənistan Dövlət universitetinin rektoru professor Qurdniyaz Xanmuradov da öz növbəsində çıxışına öncə Türkmənistan Respublikasının prezidenti cənab Qurbanqulu Verdiməhəmmədovun salamlarını tədbir iştirakçılarına çatdırmaqla başlayıb. Türkmənistanla Azərbaycan arasındakı tarixi əlaqələrdən, dostluq və qardaşlıq münasibətlərindən bəhs edən rektor, Azərbaycan və Türkmənistan prezidentlərinin dostluğu və qardaş münasibətləri sayəsində ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etməsindən və dostluq əlaqələri yüksək səviyyədə olmasından danışıb.
Tədbirdə türkmən xalı və geyimlərinin, milli şirniyyat və alətlərinin, müasir Türkmənistanın inkişafını əks etdirən foto sərginin nümayiş edilməsi, Azərbaycan ali məktəblərində təhsil alan Türkmənistanlı tələbələrin və Qafqaz Universitetinin tələbələrinin iştirakı ilə idman yarışlarının da təşkil olunması, qaliblərə diplom və hədiyyələrin verilməsi günü daha da maraqlı edib. Tədbirdə Azərbaycanda akkreditasiya olunan səfirlər, diplomatik korpusun nümayəndələri, millət vəkilləri və Azərbaycanda təhsil alan türkmənistanlı tələbələr iştirak ediblər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır