Glasgow Universitetinin heyəti Qafqaz Universitetinin qonağı oldu


Glasgow Universitetinin heyəti Qafqaz Universitetinin qonağı oldu

04 noyabr 2013-cü il tarixində Böyük Britaniyanın Glasgow Universiteti dörd nəfərlik akademik heyətlə Qafqaz Universitetinin qonağı olmuşdur. Qonaqlar ilə universitetin rektoru Prof.Dr.Ahmet Saniç, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları və fakültə dekanlıarının iştirakı ilə  görüş keçirilmişdir. Görüşdə universitetlər arasında əməkdaşlığın inkişafı üzrə müzakirələr aparılmış, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi və intensivləşdirilməsi, yay məktəblərinin təşkili, Qafqaz Universiteti tələbələrinin Glasgow Universitetində təhsil və təcrübə imkanları, ikili diplom, ixtisasartırma təlimlərinin təşkili ilə əlaqədar mövzular ətraflı  müzakirə edilmişdir. Yüksək səviyyədə təşkil olunan görüşün sonunda qonaqlar öz təşəkkürlərini bildirərək bu görüşün iki universitet arasında əməkdaşlığın inkişafı üçün gözəl bir başlanğıc olacağını qeyd etdilər.


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF