Qafqaz Universitetində böyük şair və dramaturq Hüseyn Cavidin İstanbulda nəşr edilmiş kitabının təqdimatı olmuşdur

Qafqaz Universitetində böyük şair və dramaturq Hüseyn Cavidin İstanbulda nəşr edilmiş kitabının təqdimatı olmuşdur

Bakı, 29 noyabr (AzərTAc). Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və “Kaspi” qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunmuş “Hüseyn Cavid. Əsərləri” (ilk Türkiyə nəşri, 2013) kitabının noyabrın 29-da Qafqaz Universitetində təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tanınmış alimlərin, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından, ədəbiyyata verdiyi töhfələrdən danışmışdır.
Rektor Hüseyn Cavidin Türkiyədə çap olunmuş əsərlərinin əhəmiyyətini vurğulamışdır.
Filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin təsisçisi, Hüseyn Cavid əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyeva dahi ədib Hüseyn Cavid yaradıcılığı barədə məruzə etmişdir.
Kitabın əhəmiyyətindən danışan Sona Vəliyeva qeyd etmişdir ki, bu nəşr Hüseyn Cavidin tədqiq edilməsində mühüm rol oynayacaqdır.


© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF