Doktorantura və dissertanturaya aparılacaq qəbul planının sayı açıqlanıb - SİYAHI

T
Təhsil Nazirliyi nazirlik sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktorantura və dissertanturaya aparılacaq qəbul planının sayını açıqlayıb.

Təhsil Nazirliyinin elm və ali və orta ixtisas təhsili şöbəsinin müdiri Gültəkin Hüseynova  açıqlamasında deyib ki, nazirliyin hökumətə təqdim etdiyi qəbul planı dəyişməyib və Nazirlər Kabineti tərəfindən olduğu kimi təsdiqlənib. Onun sözlərinə görə, doktorantura və dissertanturaya qəbul planı sabah bütün ali məktəblərə göndəriləcək.
O qeyd edib ki, sənəd qəbulunun və imtahanların vaxtı hər bir ali məktəbin özü tərəfindən müəyyən ediləcək və bununla bağlı elan verəcək. Şöbə müdirinin sözlərinə görə, nazirlik tərəfindən son müddət müəyyənləşdirilib ki, doktorantura və dissertanturaya qəbul prosesi yanvarın 15-dək yekunlaşsın və bununla bağlı nazirliyə müvafiq hesabat təqdim edilsin: “Bu il doktorantura və dissertanturaya qəbul imtahanlarında hər hansı bir dəyişiklik olmayacaq. Ümumilikdə isə 2013-cü il üçün doktorant və dissertant hazırlığı üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində 900-dən çox plan yeri ayrılıb. Belə ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 400, o cümlədən dövlət sifarişli 279, ödənişli 121, dissertantlıq yolu ilə hazırlıq üzrə 351, o cümlədən dövlət sifarişli 254, ödənişli 97 yer nəzərdə tutulub.
Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 69, o cümlədən dövlət sifarişli 68, ödənişli 1, dissertantlıq yolu ilə hazırlıq üzrə 93, o cümlədən dövlət sifarişli 89, ödənişli 4 yer nəzərdə tutulub.
Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edilən layihə 25 ali təhsil müəssisəsinin və 2 elmi tədqiqat institutunun (Təhsil Problemləri İnstitutu və ADNA-nın nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu) 2013-cü il üzrə doktoranturaya qəbul üçün sifarişləri əsasında hazırlanıb. Elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrindən 6-sı özəldir (Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Avrasiya Universiteti)”.(APA)

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF