“Universitet-iş dünyası əlaqələri “ mövzusunda dəyirmi masa keçirilir
Qafqaz Universitetinin təşkilatçılığı ilə 15 universitetin (prorektor və dekanlar səviyyəsində) nümayəndələrinin iştirakı ilə "Universitet-iş dünyası əlaqələri " mövzusunda dəyirmi masa keçirilir Bu barədə universitetdən qəzetimizə məlumat verilib.
Dəyirmi masanın mövzuları bunlardır: • Universitetlərin təhsil ilə əmək bazarı arasında uyğunluğun təmin edilməsi sahəsində qazandığı təcrübəyə diqqət edilməsi • Yeni tədris metodlarından istifadənin əhəmiyyətinə nəzarət; • Universiteti bitirən məzunların oxuduqları müddətdə təcrübə ilə tanış olmaları; • Universitetlərdəki karyera mərkəzlərinin effektiv fəaliyyət göstərməsi; • İxtisaslaşma və əmək bazarının şərtləri arasında uzlaşmanın olması; • Bilikləri kompetensiyaya çevirə bilən tədris proqramlarının işlək olması; • Bir çox hallarda tələbələrin ixtisas seçimini tam doğru edə bilməməsi səbəbindən məzun kimi viziyon (vision) və missiya probleminin aradan qaldırılması; • Universitetə daxil olan tələbələrdə bir çox hallarda kreativ ruhunun, nikbinlik hissinin yüksəldilməsi; • Təhsil-istehsalat mübadiləsinin gənişləndirilməsi; • Universitetlərdə start-up layihələrinə dəstək mühitinin formalaşdırılması • Tələbələrdə tənqidi təfəkkürün, analitik nitq və yazı mədəniyyətinin formalaşma problemlərinin həll yolları ; • Universitetlərin mövcud təhsil kurikulumlarının peşə vərdişləri, ixtisasdəyişmə imkanlarının daha elastik olması; • Klassik universitet anlayışından təşəbbüskar və ya III nəsil universitet (təhsil-elminnovasiya) anlayışına keçidin alqoritminin dərk olunması. İlkin |